Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


Çünki  sosial qrupun mənlik şüuru, qarşıda duran əsas vəzifələri düzgün



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə516/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   512   513   514   515   516   517   518   519   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Çünki 
sosial qrupun mənlik şüuru, qarşıda duran əsas vəzifələri düzgün 
başa düşmək və qiymətləndirmək imkanı verir. Eyni fikri milli mənlik 
şüuru haqqında da demək olar.
O millətin öz varlığını və başqaları ilə 
münasibətdə özünəməxsusluğunun dərkidir. Milli müstəqillik əldə 
etdikdən sonra Azərbaycan xalqının milli mənlik şüuru keyfiyyətcə yeni 
sosial əsaslar üzərində formalaşır. Xalq öz milli varlığını daha dolğun dərk 
edə bilir, tarixinə, keçmiş mədəniyyətinə, dilinə, milli ənənələrinə qayğı 
və hörmətlə yanaşır. 
Siyasi şüur ilə iqtisadi həyat arasında çoxtərəfli əlaqələr mövcud-
dur. Bir tərəfdən, ölkənin iqtisadi həyatında, texnikada, əmək və məişət 
şəritində baş verən dəyişikliklər insan amilindən keçərək siyasi şüurda və 
əhval- ruhiyyədə əks olunur. Digər tərəfdən, insanların malik olduğu 
ideya- siyasi ustanovkalar, onların siyasi davranışının motivləri və 
formaları cəmiyyətin maddi həyatına əhəmiyyətli təsir göstərir.
Siyasi şüurun strukturunda adi və nəzəri səviyyələr bir- 
birindən fərqləndirilir.
Adi siyasi şüur (siyasi psixologiya) insanların və 
sosial birliklərin həyat təcrübəsi əsasında onun emosional tə„siri ilə 
formalaşan siyasi hisslərin, təsəvvürlərin, siyasi əhval- ruhiyyələrin 
məcmusudur. Siyasi şüurun nəzəri səviyyəsinə (siyasi ideologiyaya) 
müəyyən siyasi konsepsiyalara əsaslanan elmi biliklər, böyük sosial 
qrupların əsas siyasi mənafelərini əks etdirən bitkin ideyalar sistemi daxil-
dir. Nəzəri siyasi şüurun mühafizəkar, radikal, liberal, demokratik, 
islahatçı və sair formaları vardır. 
Adi siyasi şüur kortəbii surətdə praktiki siyasi fəaliyyət gedişində, 
onun empirik mərhələdə in„ikası kimi yaranır. O xüsusi olaraq işlənib 
hazırlanmır, ümumilikdə kütlənin sosial yaradıcılığı kimi çıxış edir. Adi 
şüurun məzmununda rasional və emosional tərəflər gündəlik təsəvvürlər 
və ən„ənələr, vərdişlər, dünyagörüşü ünsürləri müəyyən qədər qarışıq 
şəkildə özünü göstərir. Onun ictimai- siyasi mə„nası daha çox kütlələrin 
əhval- ruhiyyəsində ifadə olunur. Beləliklə bu səviyyədə şüur siyasi 
münasibətləri adi həyat göstəriciləri prizmasından əks etdirir. Başqa sözlə 
deyilsə, burada sosial birliyin dövlət hakimiyyətinə və digər birliklərlə 
əlaqələrə, siyasi hadisələrə və qanunlara sosial- psixoloji reaksiyası ifadə 
olunur. Adi şüur insanların bilavasitə siyasi ehtiyacları və qayğıları 
ətrafında mərkəzləşir. O dünyanı praktiki faydalılıq mövqeyindən 


465 
mə„nalandırır. Buna görə də insanların onları bilavasitə əhatə edən sosial 
mühitdə gündəlik səmtləşmə vasitəsi kimi çıxış edir. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   512   513   514   515   516   517   518   519   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin