ideologiya öz məzmununa görə çox genişdir. O, təkcə nəzəriyyə ilə məhdudlaşmır, həm də müəyyən dəyərləri (sərvətləri), normaları və idealları əhatə edən bütöv bir sistemdir .
Dəyərlərin elmi nəzəriyyəsi maddi və mənəvi hadisələrə qiymət verərkən
onların həm bütövlükdə cəmiyyətin, həm də ayrı- ayrı adamların tələbat və
mənafelərini nə dərəcədə ödəməsini əsas götürür. O öyrədir ki, ayrı- ayrı
cəmiyyətlərdə sərvətlərin məzmunu və sosial rolu müxtəlif və bə
'
zən də
bir- birinə əks ola bilir. Söhbət mə
'
nəvi sərvətlər sisteminə daxil olan
bütün tərəflərdən (dünyagörüşü və əqidə, əxlaqi sərvətlər, estetik sərvətlər
və s.) gedir. Məhz yüksək mə
'
nəvi dəyərlərə malik olan ideologiya böyük
praktiki rol və sosial funksiyalar yerinə yetirir. Yalnız o, cəmiyyətdəki
böyük insan qruplarını vahid məqsəd ətrafında birləşdirir, onların sıx
əlaqəsini, fəaliyyət birliyini yaradır. Ideologiyanın bu funksiyası müasir
cəmiyyətdə daha aydın görünür.
Deyilənlər sübut edir ki, ictimai psixologiya ilə ictimai
ideologiyanın nisbəti əsasən adi şüur ilə nəzəri şüur arasındakı
münasibətlərə uyğun gəlir. Belə ki, ictimai psixologiya adi şüur ilə bir çox
oxşar cəhətlərə malikdir. O müxtəlif elmi (ilkin formada) və qeyri elmi
baxışları və qiymətləri, estetik zövqləri və ideyaları, xisləti və ənənələri,
meyl və maraqları fantastik obrazları və sağlam düşüncəni ifadə edir. Öz
növbəsində ideologiya nəzəri şüur ilə bir çox cəhətdən oxşardır. Belə ki, o
da müəyyən sinfin və ya partiyanın mövqeyi baxımından sosial
gerçəkliyin sistemli qiymətini verir. Onun tarixi, dövlətin və siyasi
partiyaların yaranması ilə (əlbəttə adına görə yox məzmununa görə) bir
vaxta düşür. Sonra nəzəri şüur kimi ideologiya da müəyyən ictimai
qrupların və siniflərin sosial təcrübəsini ümumiləşdirir, sosial- siyasi
məqsəd və vəzifələrini, nüfuzlu ideallar sistemini irəli sürür. Ideologiyanı
spesifik nəzəri şüur forması kimi səciyyələndirən bir cəhət də budur ki, o
həyatı ictimai psixologiya kimi birbaşa əks etdirmir. Burada gerçəklik
vasitələnmiş şəkildə, yə
'
ni müəyyən nəzəri kateqoriyalar vasitəsilə,
mücərrəd formada əks olunur.