Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


psixologiya və ictimai ideologiya



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə510/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   506   507   508   509   510   511   512   513   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

psixologiya və ictimai ideologiya 
bir-birilə sıx qarşılıqlı tə„sirdədir
. Onlar arasında ümum cəhətlər, və 
əlaqə momentlər vardır. Birinci ümumi cəhətlər bundadır ki, hər ikisi 
mə„nəvi həyat hadisəsidir, cəmiyyətin xarakteri və məzmunu ilə müəyyən 
olunur. Cəmiyyətin dəyişilməsi və inkişafı onları da yeniləşdirir. Digər 
tərəfdən həm ictimai psixologiya, həm də ideologiya insanın mə„nəvi 
aləminin formalaşmasına güclü təsir göstərirlər. Ictimai psixologiya ilə 
ideologiya arasındakı sıx əlaqə həm də onda təzahür edir ki, hər hansı so-
sial qurumun ideologiyası işlənib hazırlanarkən onun ictimai 
psixologiyasına xas olan müəyyən cəhətlər, zəruri və əhəmiyyətli olan 
keyfiyyətlər götürülür. Məsələn, öz işinə və məqsədinə inam, 
mütəşəkkillik, həmrə„ylik, kollektivçilik və sair keyfiyyətlər bu 
qəbildəndir. Sonra, nəzərdə tutulmalıdır ki, ictimai ideologiya ictimai 
psixologiyaya təsir edərək onu dəyişdirə bilir. Belə ki, ideologiyanın 
məqsədyönlü tə„siri altında psixologiya gündəlik həyat şəraitinin təsiri ilə 
yaranan və bə„zən də yanlış olan cəhətlərdən tədricən azad olur, 
mənafelərin yanlış anlaşılmasını aradan qaldırır. Nəhayət ideologiya və 
psixologiyanın əlaqəsi nəticəsində ideologiyanın tarixi təcrübəyə 
uyğunlaşdırılması baş verir. Bu isə öz növbəsində müvafiq sosial qurumun 


459 
nümayəndələri tərəfindən ideologiyanın mənimsənilməsini asanlaşdırır, 
onun prinsip və ideallarının daxili inama çevrilməsinə kömək edir. 
Beləliklə, ictimai ideologiya ilə ictimai psixologiyanın əlaqəsi 
yaranma prosesindən tutmuş cəmiyyətdə oynadığı rola qədər bütün 
səviyyələrdə 
özünü 
göstərir

Məsələn 
ictimai 
ideologiyanın 
yaranmasında digər obyektiv və subyektiv amillər ilə yanaşı ictimai psix-
ologiya da müəyyən qədər iştirak edir. Yaxud da ictimai ideologiyanın 
kütlələrin şüurunda qərarlaşması bir çox cəhətdən ictimai psixologiyanın 
mövcud durumundan asılıdır. Nəhayət ictimai ideologiyanın məqsəd və 
vəzifələrinin həyata keçirilməsində də ictimai psixologiya əhəmiyyətli ro 
oynayır. Digər tərəfdən ictimai ideologiya da ictimai psixologiyaya güclü 
təsir göstərir. Belə ki, onun təsiri sayəsində sosial qrupların və kütlələrin 
emosional əhval-ruhiyyəsi əhəmiyyətli dərəcədə dəyişilir. Bundan əlavə 
insanların fəaliyyətini əhatə edən bütün sosial-psixoloji motivlər sistemi 
ideologiyanın ciddi təsirinə məruz qalır. Mövcud ideoloji ustanovkalar 
bə„zən bu motivlər sisteminin istiqamətlərini də müəyyənləşdirir. 
Ümumilikdə 
götürdükdə 
əsas 
ideoloji 
oriyentirlər 
kütlələrin 
psixologiyasına təsir edərək, onların sosial fəaliyyətini daha da gücləndirə 
bilər. 
Ideologiyadan danışarkən onun 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   506   507   508   509   510   511   512   513   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin