Cəmiyyətin obyektiv tələbatı, qarşıda duran vəzifələrin geniş miqyaslılığı və mürəkkəbliyi bütün azərbaycan xalqını (etniki yox, siyasi mə ' nada) əhatə edən vahid milli ideologiyanın yaradılmasını təkidlə tələb edir. Qeyd edək ki, cəmiyyətdəki müxtəlif sosial qrupların və etniki bir-
lik formalarının öz ideologiyasını yaratması indiki aşkarlıq və fikir plüra-
lizmi şəraitində müəyyən qədər yol verilən və məqbul haldır. Lakin hər bir
sosial subyekt öz ideologiyasını başqa qruplar və təbəqələr içərisində
yaymağa cəhd göstərir. Bu halda müəyyən əyintilərə yol verilə bilir. Belə
ki, əgər ideologiya əhalinin əksəriyyətinin mənafeyinə uyğun gəlirsə onun
cəmiyyətdə genişlənməsi müsbət rol oynayır. Amma elə hallar da olur ki,
bu və ya digər qrup öz ideologiyasını (onun əksəriyyətin mənafeyinə
uyğun gəlməməsinə baxmayaraq) müxtəlif vasitələrlə (ümumbəşəri
baxımdan məqbul və qeyri- məqbul hesab olunan) kütlələr içərisində
yaymağa çalışırlar. (Məsələn, 90-cı illərin əvvəllərində Azərbaycanda belə
vəziyyət daha aydın müşahidə olunurdu). Bu vəziyyətdə bəzən elə olur ki,
bir çox insanlar və hətta hərəkat liderləri yanılır və öz mənafelərinə yad
olan ideologiyanı qəbul edir (ya bilməyərəkdən, ya da müxtəlif tə
'
sirlər
üzündən) və onu əldə rəhbər tuturlar. Nəticədə onların əsl mənafeləri
güdaza gedir və başqa qüvvələrin mövqeyini müdafiə edirlər.
Bütövlükdə ideologiyanın xarakteri onun, cəmiyyətdəki tə
'
sir gücü
bir çox amillərlə müəyyən olunur. Onların sırasında aşağıdakılar xüsusilə
mühümdür: a) ideologiyanın daşıyıcı olan sosial subyektin cəmiyyətdəki
vəziyyəti və rolu; b) ideologiyanın yetkinlik dərəcəsi və elmi keyfiyyəti;
v) onun kütlələrə yeridilməsinin formaları və üsulları.