457
siyasətini uğurla həyata keçirmək mümkündür. Çünki, sosial- psixoloji
motivlər insanların fəaliyyətinə güclü müsbət və ya mənfi təsir göstərir.
Totalitar rejimin qalıqlarının aradan qaldırılması və açıq cəmiyyətə
keçid
prosesində
baş
verən
əsaslı
dəyişikliklər
əhalinin
psixologiyasında da mühüm irəliləyişləri şərtləndirir
. Belə ki,
insanların həyat şəraitində və sosial vəziyyətində, təhsil səviyyəsində
həyata keçirilən dəyişikliklər gedişində onların ictimai psixologiyası da
müvafiq surətdə inkişaf edir və zənginləşir. Bu mənada milli dövlət
quruculuğunu və demokratikləşdirməni ardıcıl surətdə yeritməyə yönələn
strateji xətt çox mühüm əhəmiyyət kəsb edir. Onun reallaşması prosesində
əhalinin qabaqcıl təbəqələrinə xas olan mütərəqqi sosial- psixoloji
keyfiyyətlər getdikcə daha çox digər qruplara da yayılır. Demokratik
hüquqi dövlət quruculuğu təkcə sosial, siyasi və maddi həyat sahəsi ilə
məhdudlaşmır, həm də cəmiyyətin mənəvi həyatının əsaslı surətdə
yeniləşməsi ilə müşayiət olunur. Bu prosesdə süstlük və ətalət, köhnəlik
qalıqları, keçmiş psixologiya, ənənəvi stereotiplər tədricən aradan qalxır.
Lakin qeyd olunmalıdır ki, psixoloji yeniləşmə nisbətən çətin və ləng
gedən prosesdir.
Dostları ilə paylaş: