Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə511/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   507   508   509   510   511   512   513   514   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

elmiliyi 
məsələsinə də diqqət 
yetirilməlidir. Yuxarıda qeyd olundu ki, demokratiya şəraitində hər bir 
sosial qurum özünün əsas məqsəd və mənafelərini ifadə edən ideoloji 
xəttini işləyib hazırlayır. Bu mə„nada onların hər biri müəyyən 
özünəməxsusluqlara malikdir, digərlərindən fərqlənir. Lakin real həyatı 
elmi əks etdirməyin yalnız bir yolu vardır. O da obyektivliyi əsas götürür. 
Odur ki, bu və ya digər sosial qurumun mənafeləri ictimai inkişafın ob-
yektiv istiqamətinə uyğun gəlirsə, bu mənafelər ictimai inkişafın obyektiv 
qanunauyğunluqlarını düzgün əks etdirirsə, onda o elmi xarakter daşıyır. 
Bu halda ideologiya (partiyalılıq mənasında) elmilik ilə ziddiyyət təşkil 
edmir. Əks halda, yəni bu və ya digər sosial qurumun, yaxud da 
bütövlükdə cəmiyyətin ideologiyası obyektivliyi öz mənafeyinə və 
ideallarına qurban verirsə, onda həmin ideologiya elmi məzmundan 
məhrum olur. Belə halda sosial subyektlər öz mənafelərini pərdələyirlər. 
Başqa sözlə cəmiyyətdə gedən proseslər, sosial -sinfi qüvvələrin 
yerləşməsi və öz fəaliyyətinin məqsədi haqqında əhaliyə qəsdən yalan 
məlumatlar verilir. Belə olduqda sosial gercəklik bilərəkdən 
mistikləşdirilir. Bir-birinin ardınca ideologiyaya xidmət edən sosial miflər 
meydana gətirilir. Beləliklə də həmin sosial qüvvələr insanların şüurunu 
dumanlandırmaqla öz ideoloji məqsədlərini həyata keçirməyə çalışırlar. 
Deyilənlər sübut edir ki, 
ictimai ideologiyanın elmi olub- 
olmaması konkret şəraitdən, onu təmsil edən sosial subyektin tarixi 


460 
mövqeyindən asılıdır.
Bu göstəricilər həm də ideologiyanın mütərəqqi və 
ya mürtəce, radikal və ya mühafizəkar xarakterini müəyyən edir. 
Ideologiyanın sosial- sinfi təbiətə malik olması heç də o demək deyildir ki, 
o həmişə yalnız müəyyən sinfin və ya sosial qrupun çərçivəsi daxilində 
mövcud olur. Müəyyən dövrlərdə bu və ya digər sosial qrupun 
ideologiyasında ifadə olunan müddəalar cəmiyyətin başqa qrupları və 
təbəqələri tərəfindən də qəbul olunur. Bu halda həmin ideologiyanın sosial 
bazası genişlənir. O konkret qrupun çərçivəsindən kənara çıxır və 
ümumiləşmiş ideologiyaya çevrilir. Beləliklə də o sözün əsl mənasında 
cəmiyyətin ümumi ideologiyası statusu alır. Digər tərəfdən hər bir ideolo-
giyada sosial- sinfi məzmun ilə yanaşı ümummilli və ümumbəşəri 
mənafelər (məsələn bütün dünyada sülhü qoruyub saxlamaq, ətraf mühitin 
mühafizəsi və sair) ifadə olunur. Bu məsələdən danışarkən göstərilməlidir 
ki, müasir azərbaycanın qarşısında duran açıq cəmiyyət, demokratik və 
hüquqi dövlət qurmaq vəzifələrinin həyata keçirilməsi bu və ya digər so-
sial qrupun və ya etniki birlik formasının ideologiyası çərçivəsində qeyri- 
mümkündür. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   507   508   509   510   511   512   513   514   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin