Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


Ictimai şüurun yüksək səviyyəsini ictimai ideologiya təşkil edir



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə509/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   505   506   507   508   509   510   511   512   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Ictimai şüurun yüksək səviyyəsini ictimai ideologiya təşkil edir

Bu o deməkdir ki, hər bir sosial qrup və bütövlükdə cəmiyyət özünün əsas 
mənafelərini, məqsəd və vəzifələrini, müəyyənləşdirən nəzəriyyələrini 
işləyib hazırlayır. Bütün bunlar bütövlükdə götürüldükdə onun 
ideologiyasını təşkil edir. 
Ictimai ideologiya dedikdə mövcud cəmiyyətin sosial- siyasi 
quruluşunu, sosial həyatın, müxtəlif sosial qrupların və etniki birlik 
formalarının tələbatları və mənafelərini nəzəri cəhətdən əks etdirən 
baxışlar və nəzəriyyələr sistemi başa düşülür. Burada sosial subyektlərin 
(sosial qrupların və etniki birliklərin), siyasi partiyaların və hərəkatların 
cəmiyyətin mövcud siyasi sisteminə, dövlət hakimiyyətinə və ayrı- ayrı 
siyasi institutlara münasibəti dəqiq şəkildə ifadə olunur. Insanların 
fəaliyyətində 
ideologiya
çox böyük rol oynayır. Hər bir ideologiyanın 
məzmunu onun arxasında duran qrupların və etniki birliklərin əsas 
mənafelərini əks etdirir.
Deməli, 
ideologiya cəmiyyətin, dövlətin, millətin və sosial 
qrupların əsas mənafelərinin nəzəri ifadəsidir
. O həmin sosial 
subyektləri öz qarşılarına qoyduqları məqsədləri yerinə yetirmək üçün 
müvafiq fəaliyyətə sövq edir. 
Ideologiya müvafiq sosial birliyin qabaqcıl nümayəndələri, 
nəzəriyyəçiləri, ideoloqları tərəfindən işlənib hazırlanır. Onlar elmə arxa-
lanaraq müvafiq mənafe və tələbatları sistemləşdirir, ümimiləşdirir və 
nəzəri cəhətdən əsaslandırırlar. Ideologiya işlənib hazırlanarkən adi 


458 
şüurdan da istifadə olunur.Sosial subyekt öz sosial rolunu nə dərəcədə 
dərk edirsə, o öz mənafelərini həyata keçirmək üçün ideologiyadan da bir 
o dərəcədə istifadə edə bilir. Əgər ictimai psixologiya sosial həyatı hissi 
mərhələdə əks etdirirsə, onun dərinliyinə nüfuz etmirsə, bundan fərqli ola-
raq ideologiya sosial, iqtisadi münasibətlər sistemini dərin, əhatəli və 
bitkin şəkildə əks etdirir. Digər tərəfdən ideologiya daha fəal sosial funk-
siya yerinə yetirir, əhalinin həyat şəraitinin bütün tərəflərinə, 
dünyagörüşünün 
formalaşmasına 
güclü 
təsir 
göstərir. 
Ictimai 
psixologiyanın fəallığı isə nisbətən məhdud səviyyədə olur. Ictimai psix-
ologiya ilə ideologiya həm də öz yaranma tarixinə görə bir- birindən 
fərqlənir. Belə ki, ictimai psixologiya bütün dövrlərdə mövcud olmuşdur, 
ideologiya isə siniflər, sosial qruplar və millətlər meydana gəldikdən sonra 
onlar tərəfindən yaradılır. 
Ictimai ideologiya öz formalaşma mexanizminə görə də ictimai 
psixologiyadan fərqlənir. Belə ki, sonuncu bir qayda olaraq kortəbii 
surətdə formalaşır. Bunun əksinə olaraq ideologiya bir qrup adamlar 
tərəfindən şüurlu surətdə yaradılır. Onu müəyyən mütəfəkkirlər və bəzən 
də siyasətçilər işləyib hazırlayırlar. Bundan sonra o müxtəlif təhsil və 
tərbiyə sistemi, kütləvi informasiya vasitələri və digər yollarla geniş əhali 
kütləsinin şüuruna yeridilir. Deyilənlər göstərir ki, ideologiya əvvəldən 
axıra qədər (yaranandan yayılana qədər) şüurlu və məqsədyönlü xarakter 
daşıyır. 
Bütün bunlarla yanaşı ictimai 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   505   506   507   508   509   510   511   512   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin