Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


Nəzəri şüur bir- birilə əlaqələndirilmiş müddəaların məntiqi



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə502/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   498   499   500   501   502   503   504   505   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Nəzəri şüur bir- birilə əlaqələndirilmiş müddəaların məntiqi 
sistemidir
. Buna görə də o ictimai həyatın bu və ya digər tərəfinə aid 
nəzəri konsepsiya kimi çıxış edir. Əgər adi şüur bütün insanlara məxsus 
olursa, nəzəri şüur yalnız müəyyən qrup adamlar tərəfindən yaradılır. 
Onun subyekti alimlər, mütəxəssislər və müxtəlif biliklər sahəsində 
çalışan nəzəriyyəçilərdir. 
Ictimai şüurun yüksək səviyyəsi olan 
nəzəri şüur gerçəkliyi daha 
dolğun və dərin, sistemli və ümumiləşdirilmiş şəkildə əks etdirir.
O, 
adi şüurdan fərqli olaraq hadisə və proseslərin daxili mahiyyətini, onların 
inkişaf qanunauyğunluqlarını açıb göstərir. Nəzəri şüur müxtəlif formalar-
da (elmi biliklər və ideologiya) çıxış edir. 
Adi şüur ictimai şüurun obyektiv mövcud olan, zəruri xarakter 
daşıyan və dolğun həyati məzmuna malik olan bir səviyyəsini ifadə edir. 
Əgər nəzəri şüur sistemlilik, rasionallıq, dəqiq anlaşılanlıq kimi 
keyfiyyətlərə malikdirsə, adi şüurun da bir sıra özünəməxsus 
xüsusiyyətləri vardır ki, onları nəzəri şüurda görmək mümkün deyildir. 
Bunlar adi şüurun həyat ilə yaxınlığı, hərtərəfliliyi və həyati bütövlüyüdür. 
Adi şüurun hamıda olması o deməkdir ki, müəyyən nəzəri 
sistemlərə, fəlsəfi konsepsiyalara malik olmadan, təkcə adi şüura 


452 
yiyələnməklə də yaşamaq mümkündür. Lakin yalnız yüksək ixtisaslı 
mütəxəssis olmaqla nəzərə şüura yiyələnərək adi gündəlik şüura malik 
olmadan keçinmək mümkün deyildir. Sonra, adi şüur nəzəri şüura nisbətən 
gerçəkliyə, onun rəngarəng axarına daha yaxın olduğu üçün konkret 
şəraiti, ona xas olan bütün təfərrüatı və incəlikləri daha dolğun əks etdirir. 
O elə bir zəngin mənbədir ki, xüsusi elmlər, fəlsəfə və incəsənət özü ilk 
məzmununu buradan götürür. 
Real həyatda adi və nəzəri şüur bir- birilə qovuşuq şəkildə çıxış 
edir. Yalnız fəlsəfi təhlil prosesində onlar bir- birindən ayrılmış şəkildə 
götürülür. Bu iki şüur səviyyəsi bir- birini əvəz etmir. Onlar qarşılıqlı 

'
sirdə mövcuddurlar. Belə ki, nəzəri şüur adi şüura tə
'
sir edərək onun 
formasını dəyişdirir, elmi- mədəni səviyyəsini yüksəldir. Bununla belə 
nəzəri biliklər nə qədər yüksək olsa da, gündəlik həyatda adi şüur öz 
zəruriliyini itirmir. O sosial həyatı və təbiət hadisələrini müzakirə edir və 
müəyyən mühakimələr yürüdür. Doğrudur bu mühakimələr heç də həmişə 
ədalətli və düzgün olmur. Çünki adi şüurun gəldiyi nəticələr empirik 
səviyyəli ümumiləşdirmələrin və metafizik yanaşmanın məhdudluğundan 
azad deyildir.
Beləliklə, ictimai şüurun 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   498   499   500   501   502   503   504   505   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin