Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


ilkin səviyyəsi olan adi, gündəlik şüur in-



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə500/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   496   497   498   499   500   501   502   503   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

ilkin səviyyəsi olan adi, gündəlik şüur in-
sanlar tərəfindən 
müxtəlif təbiət və ictimai hadisələrin fərdi qaydada 
başa düşülməsini və qiymətləndirilməsini, onların sanki fərdi rə
'
yini ifadə 
edir. O, insanların gündəlik həyat şəraitinin bilavasitə tə
'
siri altında 
formalaşan, müxtəlif hissləri (siyasi, əxlaqi, estetik və s.)? habelə onların 
öz məqsəd və vəzifələrini yerinə yetirmək üçün lazım olan iradə, öz 
gücünə inam kimi keyfiyyətlərin məcmusudur. 
Qeyd olunmalıdır ki, adi şüur (empirik baxışlar) bir qayda olaraq 
səthi xarakter daşıyır, əks etdirdiyi hadisə və münasibətlərin zahiri tərəfini 
göstərir, onların mahiyyəti və daxili aləmini tam dolğunluğu ilə aça bilmir. 
Adi şüur konkret tarixi xarakterə malikdir
. Belə ki, müxtəlif 
dövrlərdə onun məzmunu eyni deyildir. Ictimai inkişafın hər bir pilləsi 
özünün adi şüurunu şərtləndirir. Başqa sözlə deyilsə, hər bir cəmiyyət, 
onun ictimai münasibətlər tipi özünə müvafiq adi şüur yaradır. Lakin adi 
şüura həm də digər amillər tə
'
sir edir. Belə ki, ona cəmiyyət üzvlərinin 
təhsil səviyyəsi, cəmiyyətdəki informasiya vasitələrinin təşkili, mahiyyəti, 


450 
məqsəd və vəzifələri də güclü tə
'
sir göstərir. Adi şüurun ictimai hadisə və 
münasibətləri əks etdirmə səviyyəsinin dərinliyi cəmiyyət üzvlərinin təhsil 
göstəriciləri ilə düz mütənasibdir. Bu o deməkdir ki, cəmiyyət öz 
üzvlərinə nə qədər yüksək təksil verirsə, adi şüur da bir o qədər məzmunlu 
olur, gerçəkliyi daha dolğun və düzgün əks etdirir. Əksinə, insanların 
təhsil və savadı aşağı olduqda, onların adi şüurun səviyyəsi də aşağı olur. 
Eyni asılılığı adi şüurla cəmiyyətdə informasiya işinin təşkili 
arasında da görmək olar. Əgər cəmiyyətdə informasiya prosesləri düzgün 
təşkil olunursa, saxtakarlıq və hadisələri təhrif etmək məqsədi 
güdülmürsə, bu cür informasiya adi şüurun formalaşmasına müsbət tə
'
sir 
edir. Əksinə, cəmiyyətdə baş verən hadisə və proseslər kütlələrə təhrif 
olunmuş şəkildə çatdırıldıqda, onların adi şüuruna pozucu tə
'
sir göstərir, 
onun ümumi rolu heçə enir. 
Adi şüurun gerçəkliyi tam dərinliyi ilə əks etdirməməsi, hadisələrin 
mahiyyətini, inkişaf qanunauyğunluqlarını göstərə bilməməsi, onun icti-
mai həyatda mühüm əhəmiyyətini inkar etmir. Belə ki, insanlar əldə etdiyi 
empirik bilikləri, malik olduğu vərdişləri əməli fəaliyyətdə geniş tətbiq 
edirlər. Onlar istehsal prosesinin təkmilləşməsi və inkişafında mühüm rol 
oynayır. Adi şüurun cəmiyyət həyatında rolu tarixi inkişafın ilk 
pillələrində, ibtidai icma cəmiyyətində daha böyük olmuşdur. Ibtidai 
insanın gerçəkliyə münasibəti onun gündəlik fəaliyyətinə əsaslanan adi 
təsəvvür və vərdişlərdən ibarət idi. Onun ictimai şüurunda mifoloji- dini 
ünsürlər üstünlük təşkil etmişdir. Ibtidai insanların malik olduğu biliklər 
müxtəlif fəaliyyət sahələri (ovçuluq, əkinçilik, maldarlıq və s.) haqqında 
empirik təsəvvürlər ilə məhdudlaşmışdır. Cəmiyyət inkişaf etdikcə ictimai 
şüurda tədricən elmi- nəzəri səviyyənin rolunun artması özünü 
göstərmişdir. Lakin sonrakı tarixi dövrlərdə, hətta bu günün özündə də adi 
şüur öz əhəmiyyətini itirməmişdir. Belə ki, adi şüurun müsbət nailiyyətləri 
elm və incəsənətin müxtəlif sahələri və növlərinin yaranması, nəzəri 
şüurun zənginləşməsi üçün çox mühüm mənbə rolunu oynayır. Digər 
tərəfdən müasir insanın adi şüuruna düzgün sosial- ideoloji istiqamət 
verildikdə şəxsiyyətin şüurluluq səviyyəsi və fəallığı daha da inkişaf edir. 
Həm də qeyd olunmalıdır ki, adi şüurun özü də bir yerdə dayanıb 
durmur, müxtəlif formasiyalar bir- birini əvəz etdikcə o da dəyişir, inkişaf 
edir. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   496   497   498   499   500   501   502   503   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin