Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə497/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   493   494   495   496   497   498   499   500   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Cəmiyyət burada yaşayan 
insanların sadəcə məcmusu olmadığı kimi, ictimai şüur da ayrı- ayrı 
şəxslərin şüurlarının məcmusu deyildir. Ictimai şüur özünəməxsus 
bütövlükdür müstəqil spesifik sistemdir. 
Şəxsi ideyalar yalnız fərdi mövcudluq çərçivəsindən kənara çıxaraq 
ümuminin malına çevrildikdə, cəmiyyətin şüuruna, hüququna, əxlaqına, 
davranış normalarına daxil olduqda ictimai əhəmiyyət kəsb edir, sosial 
qüvvə olur. Bu halda həmin ideyalar mütəşəkkil sosial reallıq meydanına 
sahib olur. Artıq burada fərdi şüur başlıca rol oynamır. Beləliklə də 
cəmiyyətdə hər bir insanın ictimai şüur ilə dialoqu baş verir. 
Bütövlükdə 
götürülən ictimai şüur dövlət və yaxud qanun kimi fərdi şüura qarşı 
duran mənəvi reallıqdır
. Əlbəttə insan prinsipcə bu mə
'
nəvi qüvvənin 
əleyhinə çıxa bilər. Lakin bu dövlətin əleyhinə qiyam qaldırmaq kimi 

'
nasız və uğursuz işdir. Buna görə də cəmiyyətin hər bir üzvü mə
'
nəvi 
həyat reallığının (ictimai şüurun) sözün müəyyən mə
'
nasında ona qarşı 
duran forma və üsullarını nəzərə almalıdır. Tarixən qərarlaşmış olan bu 

'
nəvi həyat sistemini dəyişdirə bilmək üçün insan birinci növbədə onu 
mənimsəməlidir. 
Hər bir insan nəsli ondan əvvəlki tarixin topladığı qüvvələrin 
köməyi ilə öz praktiki fəaliyyətində və idrakında irəliyə doğru inkişaf edə 
bilir. Biz yalnız keçmişə dərindən diqqət yetirmək vasitəsilə fikrən 
gələcəyə nəzər sala bilirik. Başqa sözlə deyilsə, keçmiş nəslin yaratdığı 
ehtiyat bazası bizim irəliləməyimiz üçün bir növ start meydanı rolunu 
oynayır. Şəxsi şüur bu mə
'
nada tarixin toplamış olduğu təcrübə deməkdir. 
Öz növbəsində ictimai şüur da fərdidən kənarda mövcud deyildir. Lakin o 
fərdi şüurun nəticələrini özünə qəbul edərkən, onlara seçimlə yanaşır, 

'
ni bə
'
zi cəhətləri götürür, digərlərini isə bir kənara qoyur. Bu qəbildən 
olan seçim fərdi şüura da xasdır. Yə
'
ni o da ictimai şüurda olan ideyaların 

'
zilərini götürür, digərlərini isə bir kənara atır. 
Deyilənlər sübut edir ki, 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   493   494   495   496   497   498   499   500   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin