Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


ictimai şüurun sosial təbiəti burada



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə490/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   486   487   488   489   490   491   492   493   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

ictimai şüurun sosial təbiəti burada 
təzahür edir ki, o bir- biri ilə praktiki qarşılıqlı tə„sirdə olan 
insanların sosial gerçəkliyi birgə mə„nalandırması deməkdir. 
Ictimai şüur nisbi müstəqilliyə malikdir.
Bu müstəqilliyin 
mənbəyini insanın, onun təfəkkürünün fəallığı təşkil edir. Ictimai şüurun 
nisbi müstəqilliyi bu deməkdir ki, o, ictimai həyatı olduğu kimi əks 
etdirməklə 
məhdudlaşmır. 
Onun 
özünün 
spesifik 
inkişaf 
qanunauyğunluqları vardır. Ictimai şüurun ayrı-ayrı tərəfləri onun əks et-
dirdiyi sosial varlıqdan bir qayda olaraq geri qalır. Qeyd olunan keyfiyyət 
birinci növbədə ictimai şüurun hisslər və adi təsəvvürlərlə bağlı sahələrinə 
aiddir. Digər tərəfdən, ictimai şüur müəyyən hallarda sosial varlığın 
inkişafını qabaqlaya bilir. (Məsələn, qabaqcıl elmi nəzəriyyələr). Bu o 
deməkdir ki, insan ictimai hadisələri təhlil etməklə, onların inkişafının 
meyllərini aşkar edə və beləliklə də gələcək vəziyyətini irəlicədən görə 
bilir. Hətta ictimai şüur ilə sosial varlığın münasibətlərinə eyni zaman 
kəsiyindən yanaşdıqda da, onun nisbi müstəqilliyi özünü göstərir. Bu hal-
da nisbi müstəqillik əvvəla, ictimai şüurun sosial varlığa və onun ayrı- ayrı 
tərəflərinə fəal əks tə„sir göstərməsində ifadə olunur. Belə ki, müxtəlif 
ideyalar, nəzəri konsepsiyalar, siyasi doktrinalar, əxlaqi prinsiplər, estetik 


441 
cərəyanlar cəmiyyətin inkişafında mühüm mütərəqqi və ya mürtəce rol 
oynaya bilir. Onların hansı istiqamət alması (müsbət yoxsa mənfi) malik 
olduqları konkret məzmun ilə müəyyən olunur. Əgər ictimai şüurun 
göstəriciləri insanların mə„nəvi zənginləşməsinə və inkişafına kömək 
edirsə, onda onlar cəmiyyətdə güclü pozitiv rol oynayırlar. Əksinə, əgər 
onlar şəxsiyyətin mə„nəviyyatına pozucu tə„sir göstərirsə, ictimai inkişafa 
mane olur.
Buna görə də ictimai şüurun bütün təzahürlərinin xalqın və ölkənin 
əsl mənafelərinə, gələcək inkişaf meyllərinə nə dərəcədə uyğun gəldiyi 
nəzərə alınmalıdır. Mütərəqqi ideyalar ictimai həyatın bütün sahələrində 
inkişafın güclü amilləri kimi çıxış edir. Onlar hazırkı dövrü dərindən 
anlamağa və gələcəyi irəlicədən görməyə imkan verir. Insanlarda öz 
fəaliyyətinə inam yaradır, onların sosial əhval- ruhiyyəsini yaxşılaşdırır, 
yeni- yeni yaradıcı işlərə ruhlandırır. Məhz onlar cəmiyyətin normal 
fəaliyyət göstərməsi üçün zəruri olan mə„nəvi ab- havanı təmin edirlər. 
Buradan aydın olur ki, qarşıda duran hər hansı mühüm vəzifələrin uğurlu 
həlli, onların xalq tərəfindən necə başa düşülməsindən, ictimai şüura daxil 
olma dərəcəsindən və kütlələrin bu vəzifələrə şüurlu münasibət bəsləmə 
səviyyəsindən çox asılıdır. Deyilənlərdən əlavə ictimai şüurun nisbi 
müstəqilliyi müxtəlif şüur formalarının bir- birilə qarşılıqlı tə„sirində də 
ifadə olunur. Bu tə„sir bərabər olmasa da həmişə mövcuddur. 
Ictimai şüurun nisbi müstəqilliyi onun inkişafı prosesində özünü 
göstərən 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   486   487   488   489   490   491   492   493   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin