Üçüncü, mə
'
nəvi istehsalın
məhsulları bir qayda olaraq öz yeniliyi və unikallığı ilə seçilir (məsələn,
yeni bədii əsər, yeni elmi bilik, yeni film, incəsənət əsəri və sair). Maddi
istehsal sahəsində isə məhsulların növ və keyfiyyətinin dəyişilməsindən
daha çox onun təkrar istehsalı baş verir.
Dördüncü, mə
'
nəvi istehsalın bir
sıra məhsulları maddi formalarda təcəssüm olunurlar (kitablar, film
lentləri, incəsənət əsərləri və sair). Həmin maddi formalar həm onları ya-
radanlardan, həm də istehlakçılardan asılı olmayaraq müstəqil yaşaya
bilirlər. Buna görə onlardan uzun müddət istifadə etmək mümkün olur.
Bununla yanaşı nəzərdə tutulmalıdır ki, mə
'
nəvi dəyərlərin bir qismi
onların bilavasitə yaradılması prosesində istifadə oluna bilir (məsələn,
xanəndələrin oxuduğu mahnılar, rəqqasların etdiyi rəqslər və sair). Bu
halda mə
'
nəvi fəaliyyətin məhsulları onların yaradıcılarından kənarda çıxış
etmir.
Beşinci, mə
'
nəvi istehsalın məhsullarını qoruyub saxlamaq və geniş
yaymaq üçün cəmiyyətdə xüsusi institutlar və təşkilatlar şəbəkəsi fəaliyyət
göstərir (məktəblər, klublar, kitabxanalar, teatrlar və sair). Bu
müəssisələrin vəzifəsi təkcə mə
'
nəvi sərvətləri qorumaq və təbliğ etməklə
bitmir. Onlar həm də yeni- yeni mə
'
nəvi ne
'
mətlər yaradırlar.
Nəhayət, mə
'
nəvi istehsal intellektual əməyə əsaslanır. Doğrudur bu hal müəyyən
qədər maddi istehsalda da özünü göstərir. Lakin maddi istehsal sahəsində
insanları bu əməklə məşğul olmaları bir çox cəhətdən xarici zərurət
üzündən (yaşayış vasitələri əldə etmək üçün) baş verir. Bundan fərqli ola-
raq mə
'
nəvi istehsalda əmək və məşğuliyyət xeyli dərəcədə azad, müstəqil
və könüllü xarakter daşıyır.
Mə
'
nəvi həyat sisteminin mühüm bir tərəfini