idarəçilik formaları, siyasi rejimi və dövlət
quruluşu formalarına
görə səciyyələnir. Dövlətin forması dedikdə birin-
ci növbədə idarəçiliyin və siyasi hakimiyyət institutlarının necə qurulması
başa düşülür. Bu məsələ həm də mərkəz ilə yerlər arasında qanunvericilik
hakimiyyətinin bölünməsi ilə bağlıdır. Belə ki, əgər qanunvericilik
funksiyaları yalnız mərkəzin əlində cəmlənirsə, onda dövlət unitar hesab
417
olunur (Fransa, Italiya, Azərbaycan). Digər halda, yə
'
ni ölkədəki ərazi
vahidləri özü üçün qanunlar qəbul etmək səlahiyyətinə malik olursa, onda
bu federativ dövlət adlanır (məsələn, müasir Rusiya, ABŞ, Meksika və
sair).
Federasiya çox mühüm funksiya yerinə yetirir: o, bir tərəfdən
mərkəzin ağalıq cəhdini aradan qaldırır, digər tərəfdən isə ərazi
vahidlərinin separatizminin qarşısını alır
. Federasiyanın üzvləri
dövlətin tərkib hissəsi kimi çıxış edirlər və onun ali orqanlarının
qərarlarına tabedirlər. Bununla yanaşı onların özlərinin hakimiyyət və
idarəçilik orqanları, öz qanunvericiliyi və məhkəmə sistemi vardır. Başqa
sözlə deyilsə, federasiya subyektlərinin hər biri hüquqi baxımdan nisbi
müstəqil dövlət kimi çıxış edirlər.
Idarəçilik dövlət
hakimiyyətinin həyata keçirilməsi forması ilə
də
sıx əlaqəlidir. Bu münasibətdə
monarxiya və yaxud respublika
forması
ola bilər.
Monarxiya
(təkbaşına hakimiyyət)
bütün hakimiyyətin
bir nəfərin əlində mərkəzləşməsi deməkdir. Həmin şəxs hakim sülaləni
təmsil edir. Bu halda hakimiyyət irsən keçir. Idarəetmənin respublika
forması isə bununla səciyyələnir ki, hakimiyyət xalqın seçmiş olduğu
nümayəndəli orqanlar tərəfindən həyata keçirilir. Bu formada qanuna görə
xalqın əksəriyyəti hakimiyyətin mənbəyini təşkil edir. O, hüquqi qaydala-
ra riayət olunmasını, aşkarlığı, hakimiyyət bölgüsünü nəzərdə tutur.
Monarxiya, yoxsa respublika forması yaxşıdır? Bu suala birmə
'
nalı
cavab vermək çətindir. Doğrudur, müasir ictimai inkişaf, sivilizasiyalı
ölkələrin təcrübəsi sübut edir ki, respublika daha səmərəli demokratik
formadır. Bununla yanaşı unutmaq olmaz ki, monarxiya quruluşuna malik
olan dövlətlər arasında da xeyli dərəcədə inkişaf etmiş və siyasi cəhətdən
sabit ölkələr vardır. (Məsələn Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb
Əmirlikləri və s.).
Monarxiya formasında dövlət başçısı vəzifəsinin irsən keçməsi
hakimiyyətlə bağlı mübahisələri, vətəndaş müharibəsini bir növ aradan
qaldırır. Çünki taxt- tac hakim sülalənin nümayəndəsinə irsi qaydada
ötürülür. Monarx bütün hakimiyyət funksiyalarını apara bilmir, onların bir
hissəsini öz yaxınlarına həvalə edir. Quldarlıqda, xüsusən də fedolizmdə
monarxiya idarəçilik forması qeyri- məhdud hökmranlığa malik despotizm
kimi çıxış edir. Sonrakı dövrlərdə monarxiyanın bir qədər yumşaldılmış
forması olan konstitusiyalı monarxiya özünü göstərir. Bu forma bə
'
zi
ölkələrdə (Ispaniya, Isveç, Böyük Britaniya Krallığı) indiyə qədər
qalmaqdadır. Onlarda monarxiya, konstitusiya ilə əlaqəlidir, yə
'
ni qanun-
vericilik funksiyasını parlament, icraedici funksiyanı isə hakimiyyət
yerinə yetirir.
|