415
boş yerdə yaranmamışdır. Onun kökləri keçmiş qəbilə ə
'
yanlarına və hərbi
başçılara gedib çıxır.
Dövlətin mənşəyi müxtəlif regionlarda tam eyni olmamışdır. Bu
münasibətdə vaxtilə K.Marksın irəli sürdüyü «asiya istehsal üsulu»
anlayışı diqqəti cəlb edir. O göstərirdi ki, qərbdən fərqli olaraq bir sıra
şərq ölkələrində xüsusi mülkiyyət ayrı- ayrı sahibkarlara deyil, əsasən
dövlətə məxsus olmuşdur. Bu ölkələrdə dövlət xüsusi rol oynayırdı. On
illər boyu davam edən ən
'
ənələr, müxtəlif qohumluq və yerliçilik əlaqələri
cəmiyyətdəki sosial mənafelər arasındakı ziddiyyətləri müəyyən qədər
yumşaldırdı.
Şərq ölkələrində
dövlətin mənşəyini tədqiq edən alimlər
arasında belə bir fikir geniş yayılmışdır ki, bu ölkələrdə
dövlət siniflərin
yaranmasından əvvəl meydana gəlmişdir
. Bu hal iri miqyaslı iqtisadi
məsələləri (geniş və mürəkkəb irriqasiya sistemləri, strateji əhəmiyyətli
yollar çəkilişi və sair) həll etməyə olan obyektiv tələbatın nəticəsi kimi
çıxış etmişdir.
1
Dövlətin əsas əlamətlərindən biri
Dostları ilə paylaş: