Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


O öz inkişafında bir neçə tarixi mərhələdən keçmişdir



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə455/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   451   452   453   454   455   456   457   458   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

O öz inkişafında bir neçə tarixi mərhələdən keçmişdir. 
Lap qədimlərdə insanlar arasında cinsi münasibətlər heyvanlarda 
olduğundan çox az fərqlənirdi. O dövrdə ərlərin və arvadların ümumiliyi 
hökm sürürdü. Cinsi əlaqələrdə heç bir məhdudiyyət qoyulmurdu. Yalnız 
bir müddət keçdikdən sonra bu münasibətlər tənzim olunmağa başlandı, 
əvvəlcə yaxın qohumlar arasında, sonra isə öz qəbiləsinin daxilində cinsi 
əlaqələr qadağan edildi. Cəmiyyət formalaşıb inkişaf etdikcə bu sahədə 
yeni- yeni irəliləyişlər baş verdi. Ibtidai icma dövründə qrup nigahı əsas 


409 
yer tuturdu. Ər ilə arvad qəbilə daxilində yaşayırdılar. Uşaqlar əsasən öz 
analarını və onların yaxın qohumlarını tanıyırdılar. Hətta bir müddət 
kişilər evləndikləri arvadın qəbiləsi daxilinə köçüb orada yaşayırdılar. So-
nralar cüt (ikili) nigah yarandı. Ilk dövrlərdə ailənin öz təsərrüfatı yox idi 
və o təsərrüfat funksiyası həyata keçirmirdi. Ər ilə arvad bərabər hesab 
olunurdu. Matriarxat (ananın hökmranlığı) dövründə qadın əməyi 
(əkinçilik), kişi əməyindən (ovçuluqdan) daha səmərəli hesab olunurdu. 
Maldarlığın genişlənməsi, əkinçilikdə qoşqu qüvvəsinin tətbiqi, ağır əmək 
növləri və alətlərinin yaranması ilə əlaqədar olaraq kişi əməyinə tələbat 
artdı. Bunun nəticəsində matriarxat patriarxat (atanın hökmranlığı) ilə 
əvəz olundu. Qadın ərə getdikdən sonra ərinin yanına köçüb yaşamağa 
başladı. Beləliklə uşaqlar atanın adını daşıdı. 
Monoqam (tək nigahlı) ailə 
formalaşdı
. Bu hadisə cəmiyyətdə xüsusi mülkiyyətin meydana gəldiyi 
dövrə, quldurluq qurluşuna təsadüf edir. Xüsusi mülkiyyət yarandqdan 
sonra qadının ərinə sədaqəti məsələsi daha ciddi əhəmiyyat aldı. Bu 
dövrdə hüquqi qanunlar, əxlaq normaları və dini ehkamlar ailədə kişinin 
ağalığını möhkəmləndirməyə, arvad tərəfindən nigahın pozulmasını 
qadağan etməyə yönəlmişdi. Əgər əvvəllər qız özünə ər seçməkdə 
müəyyən qədər müstəqil idisə, sonralar nigah münasibətləri də alqı-satqı 
obyektinə çevrilməyə başladı. 
Bütövlükdə quldarlıq dövründə qullar ailə qurmaqdan məhrum 
idilər. Quldarlar arasında isə tək nigahlılıq ,çox vaxt çoxnigahlılığa çevri-
lirdi. 
Feodalizmdə ailə münasibətləri və nigah cəmiyyətin silki quruluş-
unun güclü təsiri altında mövcud olmuşdur. Bu dövrdə ailədə ərin 
hökmranlığı bir qədər zəifləyir, çünki ev təsərrüfatının aparılmasında və 
uşaqların tərbiyəsində qadının rolu artmağa başlayır. Kəndli ailəsində 
ümumən qadın hüquqsuzluğu özünü göstərsə də, bə
'
zi hallarda zəhmətkeş 
anaya, evin xanımına rəğbətlə yanaşılırdı. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   451   452   453   454   455   456   457   458   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin