Dövlətin iqtisadiyyata maliyyə tənzimləyiciləri vasitəsilə tə'siri xüsusilə mühümdür. Qeyd edək ki, bu münasibətdə müəyyən uğurlar
qazanılmışdır. Lakin bu kifayət deyildir. Bu təsirin gücləndirilməsi
mövcud iqtisadi mexanizmlərin əsaslı surətdə islahatını tələb edir. Bu işdə
həm də yeni iqtisadi mexanizmlərin yaradılması vacibdir. Əks halda
dövlət bazar iqtisadiyyatı şəraitində öz funksiyalarını yerinə yetirə bilmir.
Belə halda böhranların və çətinliklərin baş verməsi labüd olur.
Qeyd olunmalıdır ki, müasir dövrdə dövlətin bazar iqtisadiyyatına
tənzimləyici tə'sirinin mə'nalandırılmasında iqtisadi və nəzəri fikirdə
mübahisələr gedir.
Bə'ziləri dövlətin bu sahədəki fəaliyyətini zəruri hesab edir, digərləri isə onu inkar edirlər. Birinci mövqeyin tərəfdarları
daha düzgün hərəkət edirlər. Xüsusən də müasir cəmiyyətin yaşadığı keçid
dövründə dövlətin iqtisadiyyata müdaxiləsini inkar etmək doğru olmazdı.
Bu dövrdə dövlətin funksiyaları daha zəruri hal alır, lakin onlar yeni for-
malarda çıxış edirlər. Dövlətin iqtisadi siyasəti müəssisələrin tənəzzülü və
müflisləşməsinin qarşısının alınmasında, maliyyə- kredit sisteminin
nəzarətdə saxlanılmasında, dövriyyədə olan pul kütləsinin miqdarının
qorunmasında və onun xərclənməsində, vergilərin təşkili və
toplanılmasında müstəsna rol oynayır.
Bütün bu deyilənlər sübut edir,
bazar şəraitində dövlətin iqtisa- diyyata müdaxiləsi labüddür. O, bazar sisteminin törətdiyi nöqsan və çatışmazlıqları aradan qaldırmağa xidmət edir . Beləliklə dövlətin
«gözə görünməyən əli və iti gözləri» (A.Smit) bazar iqtisadiyyatının
törətdiyi nöqsanları, çətinlikləri və eybəcərlikləri aradan qaldırmaq üçün
son dərəcə zəruridir.
Nəzərdə tutmaq lazımdır ki, həm dövlət, həm də bazar mexanizmi
sivilizasiyanın yaratdığı böyük nailiyyətlərdir. Dövlət bazara qarşı durmur,
əksinə burada iştirak qaydalarını qanunvericiliklə müəyyən edir və həyata
keçirir. Bazar mexanizmi ilə dövlətin tənzimedici fəaliyyəti biri digərini
tamamlayan qüdrətli amillərdir. Onların hər ikisi iqtisadi inkişafa xidmət
edir.
Bazar iqtisadiyyatı yolu ilə irəliləyən qabaqcıl ölkələrin təcrübəsi
sübut edir ki, iqtisadiyyatın yüksək effektivliyini, inkişafın dinamikliyini
və əhalinin yüksək həyat səviyyəsini tə'min edə biləcək sistem,