Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə429/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   425   426   427   428   429   430   431   432   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

r. Bazar yalnız tələb və 
təklif prinsipinə tabedir
. Hər hansı bir məhsula tələb nə qədər çoxdursa, 
onun qiyməti də bir o qədər yüksək olur. Və əksinə, tələbin az olması 
qiyməti aşağı salır. Bu işdə istehlakçıların sayı da mühüm rol oynayır. 
Belə ki, müəyyən növdən olan məhsulu almaq istəyən istehlakçıların 
çoxluğu qiymətin artmasına gətirib çıxarır. Əksinə onların sayının az 
olması satış qiymətinin aşağı düşməsinə kömək edir. 
Bazar vasitəsilə istehlakçı istehsalçıya tə'sir göstərir. Eynilə də 
istehsalçının istehlakçıya əks tə'siri bazar mexanizmindən keçərək baş 
verir. O yeni məhsul istehsal etmək və reklam vasitəsilə istehlakçının 
zövqünü və tələbatını dəyişdirir, onun psixologiyasına əhəmiyyətli tə'sir 
göstərir. 
Beləliklə bazar əmtəə mübadiləsi münasibətlərinin məcmusu, satıcı 
ilə alıcının qarşılıqlı tə'sirini ifadə edən sosial- iqtisadi mexanizmdir. Bu 
mexanizm həm ölkə daxilində, həm də beynəlxalq miqyasda mübadilə 
deməkdir. 
Bazarın tə'sir gücü təkcə iqtisadi həyat ilə məhdudlaşmır. O 
cəmiyyət həyatın bütün tərəflərini öz burulğanına cəlb edir. 
Sovetlər birliyi dağıldıqdan sonra onun məkanında müstəqil milli 
dövlətlər yarandı. Onların hamısı açıq demokratik cəmiyyətə keçilməsini, 
bazar münasibətlərinin, azad sahibkarlığın formalaşmasını özlərinin strate-
ji məqsədi e'lan etdilər. Azərbaycan Respublikası da müstəqillik 
qazandıqdan sonra milli dövlət quruculuğu və bazar mexanizminin 
yaradılması yoluna düşmüşdür. Son dövrlərdə yuxarıda qeyd olunan 
istiqamətlərin hər birində əsaslı irəliləyişlər baş verir, hərtərəfli 
demokratikləşdirmə xətti ardıcıl surətdə yeridilir.
Hazırki keçid dövründə baş verən zəruri ümumi və mühüm xarakter 
daşıyan dəyişikliklər bu dövrün qanunauyğunluqları statusunu alır. Bunlar 
aşağıdakı kimi üçdür: dövlətin iqtisadi resurslar üzərində təkbaşına 
sərəncam vermə funksiyasının ləğvi, büdcədə vaxtaşırı böhran hallarının 
baş verməsi, transformasiya xarakterli tənəzzül hallarının özünü 


384 
göstərməsi.
1

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   425   426   427   428   429   430   431   432   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin