378
XX əsrin sonlarından etibarən ictimai istehsalın yeni strukturu
qərarlaşmağa başladı. O, aşağıdakı fərqləndirici əlamətlərə malikdir.
Əvvəla
postindustrial istehsalın strukturu tələbatların bu günkü
səviyyəsini və perspektivdə gözlənilən vəziyyətini kütləvi surətdə
ödəməyə qadirdir.
Ikinci
, bütün inkişaf etmiş ölkələrdə iqtisadiyyat iki
bir- birilə sıx əlaqəli və biri digərini tamamlayan sahələrə ayrılır: a) mad-
di istehsal (maddi məhsulların hazırlanması) b) qeyri- maddi istehsal
(mənəvi, əxlaqi və digər dəyərlərin yaradılması, mənəvi mədəniyyət
məhsulların elm və incəsənət naliyyətləri və sair).
Üçüncü
, müasir istehsal
spesifik ne'mətlər yaradan sferanı- xidmət sferasını əhatə edir. Özü də
söhbət təkcə maddi xidmətdən (nəqliyyat, rabitə, ticarət, mənzil- məişət
xidməti) getmir. Onun mühüm növü kimi qeyri- maddi xidmət sahələri
(maarif, səhiyyə, elmi iş, incəsənət, sosial tə'minat, sığorta və sair) ön pla-
na çəkilir.
Müasir iqtisadiyyatın inkişafında iki əsas meyl aydın
görünməkdədir: a) maddi istehsal mə'nəvi mədəniyyətin artmaqda olan
tərəqqisi üçün zəruri olan ilkin şərtləri yaradır; b) müasir şəraitdə ictimai
istehsalın maddi və qeyri- maddi növlərinin qarşılıqlı əlaqəsi və qarşılıqlı
tə'siri durmadan möhkəmlənir. Belə ki, təkcə maddi istehsal, qeyri- maddi
istehsala tə'sir göstərmir. Həm də sonuncu, yə'ni mə'nəvi ne'mətlər və
xidmət (xüsusən də yeni elmi kəşflər və texniki ixtiralar, xalq təhsili və
mədəniyyət səviyyəsi) maddi istehsalın inkişafında artmaqda olan rol
oynayır.
Hazırda bizim cəmiyyətimizin yaşadığı dövr keçid dövrü adlanır.
Bu dövrün başlıca məzmununu totalitar rejimin və inzibati- amirlik siste-
minin dağıdılmasının başa çatdırılması və bazar institutları sisteminin
formalaşması təşkil edir. Bə'zən də postsosialist və ya postkommunist
transformasiyası adlanan bu dövrdə təkcə iqtisadi sferada deyil, ictimai
həyatın bütün sahələrində əsaslı dəyişikliklər baş verir. Onlar həm siyasi
həyatı və sosial sferanı, həm də ideologiyanı əhatə edir.
Dostları ilə paylaş: