Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə419/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   415   416   417   418   419   420   421   422   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

təhlilində 
texnikanın 
nəzəri 
planda 
işıqlandırılması çox mühümdür. 
Onların hər ikisi bir- birilə vəhdətdədir. 
Məhz əmək və texnika iqtisadi həyatın bünövrəsini təşkil edir. 
Texnika (yunanca məharət, qabiliyyət deməkdir) insanların 
yaratdığı istehsal vasitələri və alətləri sistemini, habelə əmək prosesinin 
həyata keçirilməsini tə'min edən priyom və əməliyyatların, qabiliyyət və 
məharətlərin məcmusudur 
Zaman keçdikcə texnika anlayışının məzmunu dəyişilir və 
təkmilləşir. O təkcə maddi istehsal sahəsindəki vasitələrlə məhdudlaşmır. 


375 
Onun tərkibinə həm də mə'nəvi, məişət və digər qeyri- istehsal xarakterli 
tələbatları ödəmək üçün istifadə olunan vasitələr daxil edilir. 
Texnika ən qədim sosial hadisələrdən biridir. Texnika və texniki 
fəaliyyət haqqında ilk dəfə Aristotel bəhs etmişdir. Fəlsəfi biliyin spesifik 
sahəsi olan 
texnikanın fəlsəfəsi isə yalnız XIX əsrdə meydana 
gəlmişdir
. Onun banisi E.Kapp göstərirdi ki, bütün bəşəriyyətin tarixinə 
diqqətlə yanaşdıqda onu nəticə e'tibarilə ən yaxşı əmək alətlərinin kəşf 
edilməsi tarixinə müncər etmək olar.
1
Texniki vasitələr insan bədəninin orqanlarının özünəməxsus şəkildə 
davamı və tamamlanması deməkdir. Onlar bəşəriyyətin təbiətə tə'sir 
sahəsində qazanmış olduğu çoxillik təcrübə, idrak vasitələri və priyomları 
təcəssüm etdirir. Başqa sözlə, texnika insanın təbiətə tə'sir göstərməsinin 
daim təkmilləşməkdə olan forma və üsullarını, mədəniyyətin 
nailiyyətlərini əks etdirir.
Texnika bir tərəfdən insan əməyinin və biliyinin inkişafı 
nəticəsidir, digər tərəfdən isə onları həyata keçirməyin vasitəsidir.
O, 
bəşəriyyətin mövcudluğu və inkişafının zəruri tərəfidir. Texnikanın 
başlıca funksiyası təbiəti və insanın aləmini, onun tələbat və arzularından 
doğan məqsədlərinə uyğun şəkildə dəyişdirməkdən ibarətdir.
Texniki vasitələr öz məzmununa görə çox rəngarəngdir. Onların bir 
hissəsi cansız təbiətə, digərləri üzvi aləmə uyğun gəlir. Nəhayət elə texniki 
vasitələr vardır ki, onlar spesifik insan orqanlarını və onların 
funksiyalarını yerinə yetirməyi bacarır. Məsələn qeyri- üzvi təbiətdə tex-
nika elektrotexnikanı, istilik texnikasını, fiziki kimyəvi texnikanı və tikinti 
texnikasını əhatə edir. Üzvi aləmdə texnikaya kənd təsərrüfatı texnikası, 
biotexnologiya, və sair daxildir. Deyilənlərdən əlavə təfəkkür texnikası, 
incəsənət sahələrinin texnikası, insanları idarə etmə texnikası və sair də 
mövcuddur.
Texnikanın müasir anlamı aşağıdakı üç tərəfi əhatə edir: a) nəzəri 
və empirik tərəfləri əlaqələndirən spesifik, bilik sahəsi: b) insanın təbiəti 
öz tələbatına uyğun şəkildə dəyişdirməyə yönələn insan fəaliyyəti sahəsi 
(bütün texniki vasitələr və prosedurlar da daxil olmaqla); v) insanın bu və 
ya digər fəaliyyətinin professional xüsusiyyətlərini təşkil edən məharət və 
vərdişlərin,məzmunu. 
Bütövlükdə götürdükdə cəmiyyətin iqtisadi inkişafı aşağıdakı iki 
bir- birilə sıx əlaqəli tərəfləri əhatə edir: a) iqtisadi münasibətlərin 
(istehsalın iqtisadi üsulunun və yaxud sosial- iqtisadi tərəfin) 
təkmilləşməsi. b) elmi- texniki inkişaf gedişində yeni texniki vasitələrin və 
1
Философия техники в ФРГ. М.,1989, с.226. 


376 
texnologiyaların tətbiqi (istehsalın texnoloji üsulu və yaxud təşkilat- tex-
niki tərəfi). 
Qeyd olunmalıdır ki, texnika özü- özlüyündə məqsəd deyil, yalnız 
müəyyən məqsədi həyata keçirmək üçün vasitədir. Lakin texnika müəyyən 
nisbi müstəqilliyə malikdir. Bu aşağıdakılarda ifadə olunur: 1)

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   415   416   417   418   419   420   421   422   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin