Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


hər cür  texnikanın insan tərəfindən yaradılmasına baxmayaraq o, insanlar



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə420/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   416   417   418   419   420   421   422   423   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

hər cür 
texnikanın insan tərəfindən yaradılmasına baxmayaraq o, insanlar 
üçün həm xeyirli, həm də zərərli nəticələr törədə bilir
. 2) 
insanların 
istifadə etdiyi texniki vasitələr cəmiyyətə fəal əks təsir göstərmək 
iqtidarındadır
. Məsələn avtomobil və televizor insanın sağlam tələbatını 
ödəmək üçün yaradılmışdır. Lakin avtomobil sənayesiinin genişlənməsi 
cəmiyyətin digər, daha vacib tələbatlarının (ərzaqa, mənzilə) ödənilməsini 
kölgədə qoyur. Digər tərəfdən onun inkişafı ekoloji mühiti korlayır. 
Nəhayət ondan hətta cinayətkar məqsədlər üçün istifadə olunur (avtomobil 
oğurluğu, yol- nəqliyyat hadisələri, avtomobil sahibinin öldürülməsi və 
sair.) Eynilə də televizor informasiya almağın güclü vasitəsi olmaqla 
yanaşı, həm də əhalinin şüurunun manipulyasiyası (mənfi istiqamətdə 
məqsədyönlü dəyişdirilməsi) vasitəsidir. Bundan əlavə o insanları oxu-
maqdan (mütaliədən) psixifiziki sağlamlıqdan müəyyən qədər məhrum 
edir. 3) insanın çoxəsrlik yaradıcılığı nəticəsi olan texnosferanı 
optimallaşdırmaq üçün texnikanın inkişafını dayandırmaq deyil, texniki 
nailiyyətlərin açdığı misilsiz imkanlardan bacarıqla istifadə etmək tələb 
olunur.
1
Hazırda texnika getdikcə daha çox insanın əqli qabiliyyətlərinə, və 
intellektual funksiyalarına nüfuz edir. Bu isə mütərəqqi nəticələr ilə 
yanaşı, həm də böyük miqyaslı texniki yenilikləri tətbiq etməzdən əvvəl 
onları geniş və dərin ekspertizədən keçirməyi tələb edir. Məsələn insan 
kompüter kimi kibernetik sistemi yaratmaqla sanki özünün fikri fəaliyyət 
növlərini həyata keçirə bilən, müxtəlif məzmunlu informasiya ilə 
əməliyyat aparmağı bacaran analoqunu meydana gətirir. Doğrudur o insan 
beyninin bütün funksiyalarını onun əlindən almır. Bununla belə son dərəcə 
güclü EHM ilə insan arasında qarşılıqlı münasibətlərin yeni, humanitar 
tərəfi özünü göstərir. Bu isə öz növbəsində bir çox problemlər doğurur. 
Çünki, 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   416   417   418   419   420   421   422   423   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin