379
inkişaf istiqamətini müəyyən edir. Belə ki, bu inkişaf həmişə və bütün
sahələrdə mülkiyyətçilərin mənafeləri ilə bağlı həyata keçirilir.
Ikinci tip- təşkilati- iqtisadi münasibətlər
adlanır. Həmin
münasibətlər də çox mühümdür, çünki istehsalın bütün tərəfləri müəyyən
səviyyədə təşkil edilməlidir. Insanların birgə fəaliyyəti bunsuz keçinə bil-
mir. Qeyd olunan münasibətlər tipi insanların ayrı- ayrı iş sahələri üzrə
bölünməsini, təsərrüfat fəaliyyətinin üsullarını və istehsalın idarə
olunmasını əhatə edir.
Mülkiyyət cəmiyyətin iqtisadi sferasının mərkəzi məsələsidir.
Mülkiyyət münasibətləri aşağıdakı üç əsas məsələni aydınlaşdırır:
istehsalın nəticələrinin mənimsənilməsi; istehsal şəraitindən daha yaxşı
istifadə olunması və təsərrüfat fəaliyyətinin gəlirinin sahibliyi. Mülkiyyət
münasibətlərinin bütün sistemi insanlarda iqtisadi- maddi, əmlak
maraqları əmələ gətirir. Mülkiyyətin fəlsəfi mövqedən təhlili ona hüquqi,
siyasi və qismən də iqtisadi elmlərin yanaşmasından fərqlənir. Həmin
elmlər mülkiyyəti əsasən hüquqi baxımdan şərh edirlər.
Fəlsəfə isə
mülkiyyətin hüquqdan kənar tərəflərini də araşdırır, onu sosial
Dostları ilə paylaş: