372
verdikcə insanları həyat ukladı ciddi surətdə dəyişilir, keyfiyyətcə yeni
istehsal və tələbatlar yaranır. 3) istehsal təkcə tələbatı ödəmək üçün ma-
terial verməklə kifayətlənmir, həm də istehlak üsullarına dəyişdirici tə'sir
edir, bütövlükdə istehlak mədəniyyətini formalaşdırır.
Öz növbəsində tələbatlar da istehsala fəal tə'sir edir. O aşağıdakı iki
xətt üzrə həyata keçirilir: 1) tələbatların ödənilməsi insanların yaradıcı
fəaliyyətinin daxili sövqedici səbəbləri və konkret oriyentirləri rolunu
oynayır. 2) insanların tələbatları həm kəmiyyət, həm də keyfiyyət
baxımından sür'ətlə dəyişmə xassəsinə malikdir. Bu mütəhərriklik isteh-
salda da müvafiq surətdə əks olunur. Tələbatlar həmişə elə yeni yaradıcı
məqsədləri əhatə edir ki, bu məqsədlərə müvafiq olan nemətlər hələ
yaradılmamışdır. Qeyd olunan təbiəti üzündən
Dostları ilə paylaş: