Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


nur. Ictimai sərvətin hərəkəti istehsal-bölgü-mübadilə-istehlak sxemi



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə414/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   410   411   412   413   414   415   416   417   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

nur. Ictimai sərvətin hərəkəti istehsal-bölgü-mübadilə-istehlak sxemi 
üzrə gedir
. Sözün geniş mə'nasında cəmiyyətin iqtisadi həyatı bu 
tərəflərin hamısını əhatə edir. Onun məzmununa müxtəlif maddi və 
mənəvi nemətlərin və xidmət sahələrinin yaradılması, bölgüsü, mübadiləsi 
və istehlakı daxil olur. Başqa sözlə maddi məhsullar (ərzaq,geyim, mənzil) 
xidmət sahələri (nəqliyyat, rabitə, səhiyyə, təhsil və sair) ilə yanaşı 
mə'nəvi nemətlər (incəsənət, elm, təhsil predmetləri) də buraya aiddir. 
Mənəvi dəyərlərin iqtisadi sferaya aid edilməsi buna əsaslanır ki, onların 
istehsalına müəyyən fiziki və intellektual əmək, müəyyən alət və 
avadanlıqlar sərf olunur. Digər tərəfdən mənəvi dəyərlər müəyyən mənada 
iqtisadi məzmun kəsb edir, onlar çox vaxt əmtəə formasında çıxış edir. 
Bilavasitə istehsal adlanan birinci pillədə cəmiyyət üçün faydalı 
olan məhsullar yaradılır
. Bu prosesdə insanlar təbiətin əşyalarını və 
qüvvələrini öz ictimai tələbatlarının ödənilməsinə uyğunlaşdırırlar. Artıq 
burada istehsalın ictimai xarakteri özünü göstərir. Belə ki, onun 
məzmununu insanların qarşılıqlı tə'siri, onların təbiətə birgə tə'siri, təbiət 
materiallarının insanların müxtəlif tələbatlarını ödəyəcək dərəcədə 
dəyişdirilməsi təşkil edir. Istehsal prosesində insanlar təbii və sosial qüvvə 
kimi təbiət materiallarına qarşı dururlar. Buna görə də istehsal həm də so-
sial məzmun kəsb edir. 
Bölgü 
cəmiyyətin hər bir üzvünün yaradılmış ictimai sərvətdə olan 
payını müəyyənləşdirir. O iqtisadi həyatda mühüm rol oynayır. Belə ki, 
predmetlərin və xidmətin bölgüsü üsulu və səviyyəsi istehsala əhəmiyyətli 
tə'sir göstərir. Bu, istehsalı stimullaşdıra və ya ləngidə bilir. Məsələn 
inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, əməyin kəmiyyətinə və 
keyfiyyətinə görə bölgü prinsipinin tətbiqi əhalidə maddi marağı inkişaf 
etdirir. Əksinə, burada yol verilən əsassız bərabərləşdirmələr mənfi tə'sir 
göstərir, yaradıcılıq motivlərini zəiflədir. Çünki gəlir əldə etmək, əhalinin 
müxtəlif təbəqələrinin və birinci növbədə sahibkarların istehsal 
fəaliyyətinin əsas motividir. 
Mübadilə
o deməkdir ki, bölgü nəticəsində əldə edilmiş məhsulları 
istehlak etmək üçün onlar başqa məhsullar ilə mübadilə edilməlidir. Onun 
əsasında ictimai əmək bölgüsü və onun törətdiyi nəticələr durur. Məsələn 


371 
avtomobil zavodunun sahibkarı öz məhsulunu enerji, polad, qida, geyim, 
mənzil və sair məhsullarla mübadilə etməlidir. Bu, həm istehsalın davam 
etməsi, həm də onun özünün və ailəsinin yaşaması üçün zəruridir. Eynilə 
də kəndli özünün istehsal etdiyi əkinçilik və heyvandarlıq məhsullarını 
traktor, kombayn və digər avadanlıqlar ilə mübadilə etməlidir. Insanlar 
arasında təkcə məhsullar deyil, xidmət növləri də mübadilə olunur. 
Məsələn həkim müxtəlif adamlara peşə xidməti (tibbi yardım)göstərir. 
eyni zamanda onun özü dərzinin xidmətindən, uşaqlarına dərs deyən 
müəllimin, onun məhkəmədə müdafiəsini təşkil edən vəkilin xidmətindən 
istifadə edir. 
Istehlak 
insanlar tərəfindən maddi nemətlərin və xidmət növlərinin 
öz tələbatlarını ödəmək üçün istifadə etmələri deməkdir. Istehlak 
istehsalın inkişafında mühüm rol oynayır. Söhbət həm istehsal məqsədilə 
edilən istehlakdan (neft, qaz, enerji və sairdən istifadə edilməsi), həm də 
şəxsi istehlakdan (ərzaq, geyim, mənzil aə sair) gedir. 
Iqtisadi sferanın mahiyyətinin açılmasında 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   410   411   412   413   414   415   416   417   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin