Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


sosial reallığa substrat (əşya deməkdir)



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə385/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   381   382   383   384   385   386   387   388   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

sosial reallığa substrat (əşya deməkdir) 
hadisəvi baxımdan yanaşma 
metodunun sosial idrakda mühüm rolu 
aşağıdakı ilə izah edilir. Həm sistemli- struktur təhlil metodu, həm də ta-
rixi- genetik metod bir çox cəhətdən mücərrəd xarakter daşıyır. Onların 
əsas diqqəti sosial sistemi nəzəri səviyyədə araşdırmağa yönəlir. Halbuki 
sosial idrakın çox mühüm vəzifəsi real cəmiyyəti öyrənmək, hadisə və 
proseslərin təfərrüatına diqqət yetirməkdir. Belə ki, konkret hadisələri 
öyrənmədən, substratların və onların funksiyalarının qarşılıqlı 
şərtlənməsini başa düşmədən sosial sistem haqqında hərtəfli elmi təsəvvür 
əldə etmək qeyri- mümkündür. Bunsuz cəmiyyətin bir mərhələdən 
digərinə keçməsi mexanizmini anlamaq olmaz. Buradan aydın olur ki, 
sosial idrakda substrat- hadisəvi metod çox zəruridir. Sosial reallığın dərk 
olunmasında substrat yanaşmaya məhəl qoyulmaması nəzəriyyənin 
daxilən qapalılığına gətirib çıxarır, onun ifrat məntiqiliyini və metodolo-
gizmini şərtləndirir. Nəticədə sosial reallıq haqqında qeyri- tarixi təsəvvür 
yarana bilir. 
Müasir şəraitdə sosial idrakda 
humanitar- şəxsiyyət mövqeyindən 
yanaşmaq metodunun
rolu və əhəmiyyəti artmaqdadır. Belə yanaşma öz 
mahiyyətinə görə təbiət elmləri ilə ictimai elmləri bir- birinə qarşı qoymaq 
demək deyildir. Məsələ bundadır ki, hazırda insan problemi və onun 
gələcək perspektivdəki taleyi ilə bağlı məsələlər çox kəskin şəkildə 
qarşıda durur. Bu bir tərəfdən insanın vəziyyətini yaxşılaşdırmaq, onun 
mahiyyət imkanlarını reallaşdırmaq üçün əlverişli şəraitin yaranması ilə 
bağlıdır. Digər tərəfdən isə indi insanların mə
'
nəvi cəhətdən cılızlaşması 


346 
təhlükəsi özünü göstərir. Müasir elmi- texniki sivilizasiyalılıq şəraiti 
insanın ümid və həyəcanlarına diqqətin mərkəzləşdirilməsini tələb edir. 
Texniki və texnoloji sıçrayışlar nəticəsində insan şəxsiyyətinin qiymətdən 
düşməsinə, gərəksizləşməsinə heç cür yol vermək olmaz. Cəmiyyətin dərk 
olunmasında humanitar- şəxsiyyət mövqeyindən yanaşma metodunun 
zəruriliyi bununla bağlıdır. Bu metod belə bir prinsipi əsas götürür ki, ic-
timai elmlər insanı şəxsiyyət kimi, fərdiliyin daşıyıcısı kimi nə dərəcədə 
nəzərə alır. Həmin elmlərin humanitarlıq səviyyəsi məhz bu meyarla 
ölçülür. 
Sosial idrakın yuxarıda qeyd olunan metodları ayrı- ayrılıqda deyil, 
bir- birilə sıx vəhdətdə təzahür edir.
Sosial idrakın ən mühüm məsələlərindən biri 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   381   382   383   384   385   386   387   388   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin