Sosial mühit insanların bir- birilə çoxtərəfli qarşılıqlı münasibətlərinin məcmusudur. Mövcud
cəmiyyətin ictimai institutları və təşkilatları da buraya daxildir. Hər bir
nəsil sosial həyata qədəm qoyarkən birinci növbədə özündən əvvəlki
nəsillərin yaratmış olduğu predmetləri, əmək alətlərini, dili və sosial-
mədəni normaları mənimsəyir. Onun sonrakı fəaliyyəti bu sərvətləri
inkişaf etdirməyə və gələcək nəslə ötürməyə yönəlir. Beləliklə, tarixi
prosesdə nəsillərin bir- birilə sıx əlaqəsi, ünsiyyəti özünü göstərir.
Əgər
sosial fəaliyyətin daxili məzmununa nəzər salsaq, burada iki
bir- birilə sıx qarşılıqlı prosesin baş verdiyini görərik. Onlardan birincisi
subyektiv olanın obyektivə çevrilməsidir. Ikinci proses isə öz növbəsində obyektivin yenidən subyektiv keyfiyyət halına keçməsidir .
Birinci istiqamət onu ifadə edir ki, fəaliyyət hər şeydən əvvəl insanın ma-
lik olduğu subyektiv keyfiyyətlərin- təcrübə, vərdiş və biliklərin onun
yaratdığı əşya və predmetlərdə maddiləşməsidir. Deməli onun
məzmununu insanın mahiyyət qüvvələrinin predmetləşməsi və ya onun
fəaliyyət formalarının əşya və predmetlərə çevrilməsi təşkil edir. Ikinci
istiqamət budur ki, insanların yaratdığı əşya və predmetlər, digər fəaliyyət
məhsulları onlar tərəfindən istehlak olunur. Bu prosesdə onların
əkspredmetləşməsi və sözün müəyyən mə
'
nasında yenidən subyektiv
keyfiyyətlərə, yə
'
ni fəaliyyət formalarına çevrilməsi baş verir.
Deyilənlər sübut edir ki, sosial reallıq təbiətdən fərqli olaraq insan-
dan kənarda mövcud deyildir. O məhz insan tərəfindən yaradılır. Buna
görə də sosial reallığı əks etdirən sosial idrak təkcə cəmiyyətdə gedən ob-
yektiv prosesləri öyrənməklə məhdudlaşmır. Bu proseslər və
qanunauyğunluqların daşıyıcıları kimi çıxış edən subyektin