elmi fəaliyyətdə azad mə‟suliyyətlilik prinsipi əsas götürülməlidir .
Müasir elmi-texniki tərəqqi dövrümüzün danılmaz reallığıdır. O
genişləndikcə cəmiyyətdə misilsiz imkanlar və yeniliklər yaradır. Onun
tə‟sirilə ictimai əməyin məhsuldarlığı sürətlə artır, istehsalın miqyası dur-
madan genişlənir. Məhz elmi-texniki inqilab sayəsində insanlar təbiət
qüvvələrinə dərindən yiyələnir və onlardan öz məqsədləri üçün səmərəli
istifadə bilirlər. Elmi inkişafa əsaslanan olan ictimai həyatın sahələrində
irəliyə doğru yüksəliş imkanları əldə edilir.
Bununla yanaşı müasir elmi-texniki tərəqqi bir sıra təhlükəli ictimai
nəticələr də doğurur. Yaxın keçmişə qədər o sonsuz dərəcədə təriflənir,
ona bütün ictimai problemləri həll edə biləcək yeganə qüvvə kimi
baxılırdı. Ssiyentizm (elmilik deməkdir) adlanan bu mövqe elmə, xüsusən
də onun təbiətşünaslıq sahəsinə mütləq sosial sərvət kimi yanaşırdı.
Hazırda buna tamamilə əks olan antissiyentizm (elmə zidd) xətt də
mövcuddur. Həmin xəttin tərəfdarları göstərirlər ki, elm ilə cəmiyyətin
məqsəd və mənafelərində həll olunmaz ziddiyyətlər yaranmışdır. Elmin
etik normaları ümumbəşəri sosial -etik normalara və humanist prinsiplərə
tamamilə yaddır. Elmi axtarışlar çoxdan mə‟nəvi nəzarətdən kənara
çıxmışdır. Bu xətti müdafiə edənlər müasir cəmiyyətdə elmi nailiyyətlərin
törətdiyi mənfi nəticələrə dair faktları (kütləvi qırğın silahlarının
yaradılması, əhalinin xeyli hissəsinin acından ölməsi, elmin tətbiqindən
törənən özgələşmə, məhrumiyyətlər, ətraf mühitin çirklənməsi və sair)
əsas götürürlər. Əlbəttə elmi-texniki tərəqqi cəmiyyət həyatındakı
ziddiyyətləri nəinki tam həll etmir. Əksinə, buraya bə‟zən yeni-yeni
ziddiyyətlər və çətinliklər də əlavə edir. Lakin bütün bunlara əsaslanaraq
onun ictimai inkişafda böyük rolunu inkar etmək doğru olmazdı .
Odur ki, hazırda elmi-texniki tərəqqini dayandırmaq haqqında təkliflər
gülünc görünür.