Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə374/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   370   371   372   373   374   375   376   377   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

onların birin-
cisi universalizm adlanır
. Bu o deməkdir ki, elmin öyrətdiyi təbiət 
hadisələri hər yerdə eyni cür baş verir. Buna görə də elmi müddəaların 
həqiqiliyi, onların sahibinin yaşından, cinsindən, irqindən, nüfuzundan və 
elmi dərəcəsindən asılı olmayaraq qiymətləndirilməlidir. Universalizm 
tələbi bunu ifadə edir ki, görkəmli və böyük təcrübəyə malik olan alimin 
irəli sürdüyü nəticələr də cavan tədqiqatçının nailiyyətləri kimi ciddi 
surətdə yoxlanılmalı və onlara tənqidi münasibət bəslənilməlidir. 
Ikinci, 
ümumilik prinsipidir
. Bu prinsip onu göstərir ki, elmi bilik və yeniliklər 
təkcə onların müəlliflərinin deyil, bütövlükdə cəmiyyətin sərvəti olmalıdır. 
Yə‟ni onlardan hamı sərbəst surətdə istifadə edə bilməlidir. Bu mə‟nada 
elmi bilik, onun müəllifinin inhisarında olmamalıdır. Elmi tədqiqatların 
nəticələri əlbəttə onun müəllifinin nüfuzunu ifadə edir. Lakin nəşr olun-
duqdan sonra onlar geniş kütlənin tənqidi mühakiməsinə və istifadəsinə 
verilir. 
Üçüncü təmənnasızlıq 
prinsipidir. Adından göründüyü kimi o, 
tədqiqatçının həqiqət axtarışını yeganə məqsəd hesab edir. Bu işdə hər 
hansı bir təmənnanın, şəxsi mənfəətin və ya şöhrətin güdülməsinə yol ve-


335 
rilmir. Əlbəttə belə başa düşülməməlidir ki, elm xadimi məccani fəaliyyət 
göstərməli, heç bir qonarar almamalıdır. Söhbət ondan gedir ki, bu sonun-
cular əsas məqsəd olmamalıdır. 
Nəhayət, axırıncı tələb
-mütəşəkkil skep-
tisizm adlanır. Bu o deməkdir ki, hər bir alim əvvəla öz həmkarlarının el-
mi xidmətlərini düzgün qiymətləndirməlidir. Digər tərəfdən onlara verdiyi 
qiyməti gizli saxlamamalı, geniş kütləyə bəyan etməlidir. Əgər elmi işdə 
başqalarının əsərlərindən mə‟lumatlar gətirilirsə, onda onların doğruluğu 
yoxlanılmalıdır. Başqalarına isnad etməklə göstərilən dəqiq olmayan 
mə‟lumatlar tədqiqatçını mə‟suliyyətdən azad etmir. Deməli elmi 
fəaliyyətdə tədqiqatçı özündən əvvəlki alimlərin irəli sürdüyü müddəalara 
kor-koranə inanmamalı (bu müddəaların müəlliflərinin nə dərəcədə böyük 
elmi nüfuz sahibi olmasından asılı olmayaraq), onları təfəkkür 
süzgəcindən keçirməlidir. Nəhayət bu prinsip həm də onu göstərir ki, əgər 
müəyyən vaxt keçdikdən sonra irəli sürülən müddəalar yalana çıxarsa və 
ya özünü doğrultmazsa, onda müəllif onlardan imtina etmək cəsarətinə 
malik olmalıdır.
Qeyd edək ki, elmin etik normalarını pozmaq hər şeydən əvvəl 
onun müəllifi üçün arzu olunmaz nəticələr törədir. Belə ki, bu şəxs öz 
həmkarları arasında hörmətdən düşür, heç kim onunla hesablaşmır və 
əməkdaşlıq etmək istəmir. Beləliklə də o çox güclü mə‟nəvi zərbəyə 
məruz qalır. Lakin elmin etik tələblərinin pozulması kütləvi xarakter 
daşıdıqda, onun törətdiyi inkari nəticələr daha böyük olur. Belə hallar spe-
sifik fəaliyyəti növü olan elmin inkişafını ciddi təhlükə altına alır, elmin 
tərəqqisinə mane olur. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   370   371   372   373   374   375   376   377   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin