Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


elmi- texniki tərəqqinin humanist istiqaməti



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə370/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   366   367   368   369   370   371   372   373   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

elmi-
texniki tərəqqinin humanist istiqaməti
, onun mədəniyyət baxımından 
qiymətləndirilməsi baş verir. Başqa sözlə, elmin inkişafında çıxış nöqtəsi 
kimi insan, onun tələbat və rifahı götürülür.Ümumdünya miqyasında 
gedən elmin humanistləşməsi meyli ifrat ssiyentizmi, texnokratik 
yanaşmanı aradan qaldırmağı nəzərdə tutur. Bu meyil sırf elmi tədqiqat 
xarakteri daşıyan məsələlər ilə onların dünyagörüşü və etik səpkilərini 
əlaqələndirməyi tələb edir. Söhbət bütövlükdə elmin ümumi humanist 
mədəniyyət sisteminə daxil edilməsindən gedir. Elmin humanistləşməsi 


331 
iki əsas üzərində inkişaf edir. 
Birinci 
onun ümumi sosial statusunun 
artması və müasir sitvilizasiyaya tə‟sirinin güclənməsi hesab olunur. Bu o 
deməkdir ki, müasir nüvə əsrində elmi işlə məşğul olanların sosial və etik 
mə‟suliyyəti qeyri-adi dərəcədə çoxalır. Humanistləşmənin 
ikinci 
istiqaməti elmin daxilində gedən proseslərdə özünü göstərir. Bu proseslər 
elmin geniş dünyagörüşü səpkisi aldığını, mədəniyyətin ayrılmaz tərkib 
hissəsinə çevrildiyini ifadə edir. 
Müasir şəraitdə elmi inkişafın başlıca xüsusiyyəti bunda ifadə olu-
nur ki, bir tərəfdən texniki, təbiət və ictimai elmlərin bir-birilə əlaqələri 
güclənir. digər tərəfdən onların praktika ilə, insanın və cəmiyyətin 
mənafeləri ilə əlaqələri möhkəmlənir. Dünya elminin nümayəndələri tex-
niki və humanitar elmlərin üzvi surətdə yaxınlaşması zərurəti başa 
düşürlər. Onlar insanın və cəmiyyətin inkişafı, ümumi mədəni yüksəliş 
naminə əməkdaşlığı artırırlar. 
Müasir dövrdə elm hansı obyekti tədqiq etməsindən asılı olmayaraq 
bu obyektlə bağlı olan insan fəaliyyətini mütləq nəzərə almalıdır. Insan 
amilinə diqqət yetirmək kosmik və biosfer proseslərinin tədqiqində, bio-
texnologiyada, kompüterləşmədə və mühəndis layihələndirmə işlərində 
birinci dərəcəli əhəmiyyət alır. Yaşadığımız zəmanənin mürəkkəbliyi, 
bütöv bir tam kimi inkişaf edən dünyada regional və qlobal səpkilərin 
çulğaşması, ictimai həyatın müxtəlif tərəfləri arasında vəhdətin 
möhkəmlənməsi və sair təkidlə tələb edir ki, elmin dəyər funksiyasının 
rolu artırılsın, onun humanist etik səpkisi durmadan gücləndirilsin. 
Müasir təbiətşünaslıq elmləri, birinci növbədə nəzəri fizika, mole-
kulyar biologiya, gen mühəndisliyi, təbabət elmləri o dərəcədə yüksək 
inkişaf etmişdir ki, onların nailiyyətlərindən istifadə olunmasında human-
ist və etik normalara əməl olunmalıdır. Əks halda nəinki təkcə 
mədəniyyətin ayrılmaz ünsürü kimi elmin tənəzzülü labüd olar, həm də 
bəşəriyyətin və insan cəmiyyətinin gələcək həyatı ciddi təhlükə altına 
alınar.

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   366   367   368   369   370   371   372   373   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin