Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə369/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   365   366   367   368   369   370   371   372   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

XII FƏSIL 
ELMIN ETIKASI 
 
1. Elmin inkişafında etik səpkinin
rolunun artması 
 
Insan fəaliyyətinin digər sahələri kimi elmi fəaliyyət də burada 
çalışan işçilər qarşısında müəyyən etik normalar və tələblər irəli sürür. 
Söhbət ondan gedir ki, müxtəlif istiqamətli elmi tədqiqatlara təkcə sırf 
elmi baxımdan yanaşmaq kifayət deyildir. Elmin nailiyyətlərini həm də 
sosial etik baxımdan qiymətləndirmək zəruridir. 
Elmi fəaliyyəti tənzim 
edən etik normalar birdən-birə meydana gəlməmişdir
. Onlar tarixi 
inkişaf prosesində formalaşaraq, tədricən zənginləşmişdir. Lakin elmin 
inkişafının yüksək sür‟əti ilə səciyyələnən dövrlərdə idrakın etik norma və 
tələblərinə əməl olunması daha çox zəruri olur. Bu mə‟nada yaşadığımız 
zəmanə xüsusi yer tutur. Belə ki, müasir elmi-texniki inkişaf şəraitində 
təbiətşünaslıqda, texniki və hümanitar elmlərdə misli bərabəri 
görünməyən yüksək nailiyyətlər əldə edilmişdir. Bu nailiyyətlərdən sui 
istifadə edildikdə, sosial-etik normalara və tələblərə məhəl qoyulmadıqda, 
onlar insanlığın və bəşəriyyətin əleyhinə çox güclü təhlükəyə çevrilə bilir. 
Deyilənlər sübut etdir ki, hazırda elmin inkişafını etik meyarlar 
baxımından mə‟nalandırmaq həmişəkindən daha vacibdir. 
Elm cəmiyyətin maddi və mə‟nəvi mədəniyyətinin məhsuludur. O 
tarixən cəmiyyətin həyatı, onun idealları ilə bağlı olmuşdur. Müxtəlif 
dövrlərdə ictimai ideallar və normalar elmin inkişafına öz əhəmiyyətli 
tə‟sirini göstərmişdir. Həmin ideallar və normaların kökləri dövrün 
mədəniyyətindədir. Onlar bir çox cəhətdən mə‟nəvi istehsal formaları ilə 
müəyyən olunur. 
Müasir elmi-texniki inqilabın, mikroelektronikanın, informatikanın, 
robottexnikasının və biotexnologiyanın inkişafı ilə bağlı ən yeni 
nailiyyətləri fundamental elmlərin müvəffəqiyətlərini ifadə edir. Bu 
uğurlar təkcə tətbiqi baxımdan əhəmiyyət kəsb etmir. Onlar həm də elmin 
sosial və humanist potensialı baxımından çox vacibdir. Hazırda 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   365   366   367   368   369   370   371   372   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin