Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə365/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   361   362   363   364   365   366   367   368   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Ilham dedikdə müəyyən 
təmkinlilik, hisslərin intensiv təzahür etməsi, həyəcan, fikri fəaliyyətin 
yekununu irəliləcədən görmək qabiliyyətini ifadə edən intellektual 
coşqunluq başa düşülür

Yüksək emosional vəziyyət, hissi qabiliyyətlər və güclü intuitiv 
həssaslıq insanın beynində onu düşündürən anlayışların effektiv 
təkrarlanmasına kömək edir. Bu prosesdə hiss üzvlərinin və beynin bütün 
orqanlarının funksional fəallığı artır, nəticədə qavrayış, təfəkkür və hafizə 
qeyri-adi dərəcədə güclənir. Bütün bunlar isə ilhamlı yaradıcılığın kulmi-
nasiya nöqtəsini təşkil edən ən orijinal ideyaların, kəşflərin, bədii obraz 
nümunələrinin ruhun dərinliyindən və şüurun kənarından birdən-birə üzə 
çıxmasına kömək edir. Odur ki, insan həll etmək istədiyi məsələ ilə 
bilavasitə əlaqəsi olmayan başqa işlər haqqında düşünərkən birdən-birə və 
gözlənilmədən həmin məsələnin həlli yolunu görə bilir. Qeyd edilən fak-
tlar bə‟zən belə bir yanlış baxışa gətirib çıxarır ki, guya yaradıcılığın 
həqiqi əlamətini zəkanın işi deyil, hər cür məntiqi düşüncədən kənar olan 
qeyri-şüuri mə‟nəvi yüksəliş təşkil edir. Əslində isə hər cür yaradıcılıq və 


326 
intuisiya zəkanın gərgin işindən ayrılmazdır. Doğrudur, bə‟zən yeni ideya-
lar ruhun naməlum dərin qatlarından qeyri-şüuri şəkildə irəli çıxır. 
Məsələn Mosart göstərirdi ki, o özünü yaxşı hiss etdiyi hallarda (səyahətdə 
olarkən, yaxud axşamlar, yuxusu ərşə çəkiləndə) onun başına çoxlu ən 
yaxşı fikirlər gəlir. Onların necə yarandığını heç özü də hiss etmir. Yaxud 
A.Puankare qeyd edirdi ki, yaradıcılıqda intuisiya şüuraltı ünsürlər, şüurlu 
proseslərlə müqayisədə daha çox yer tutur.
Intiusiyanın bilavasitə fəlsəfi idrak sferasında da mühüm əhəmiyyət 
kəsb etdiyini sübut edən misallar da az deyildir. Aristotelin sillogizm 
ideyası, R.Dekartın fəlsəfə ilə riyaziyyatı əlaqələndirmək ideyası, I.Kantın 
antinomiyaları (çıxılmaz vəziyyət deməkdir) bu qəbildəndir.
Deyilənlər bunu ifadə edir ki, 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   361   362   363   364   365   366   367   368   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin