Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


intellektual cəhətlərin çox güclü



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə364/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   360   361   362   363   364   365   366   367   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

intellektual cəhətlərin çox güclü 
mərkəzləşdirilməsini, şüurun, psixiki fəaliyyətin ali növü olan zəkanın 
tam gərgin işləməsini tələb edir
. Lakin bu fakt belə bir cəhəti istisna et-
mir ki, ən qiymətli ideyalar bəzən şüuraltı səviyyədə hazırlanır. 
Yaradıcılığın mühüm şərtlərindən biri məqsədyönlü əqli fəaliyyət, 
həlli axtarılan problem üzərində fikri cəmləşdirmək, ona bir növ aludə 
olmaq təşkil edir. Darvindən soruşanda ki, o təbii seçmə qanunu necə kəşf 
etmişdir, o cavab vermişdi: «Mən həmşə bu barədə düşünürdüm». 
Yaradıcılıq prosesində qeyri-şüurinin mühüm bir ifadə forması 
yuxugörmədir.
Mendeelevin müasirləri göstərirlər ki, o kimyavi 
elementlərin əlaqəli olduğunu sezsə də onların qanunauyğun əlaqələrini 
əks etdirən cədvəli bir neçə ay ərzində işləyib hazırlaya bilməmişdi. 
Növbəti belə iş günlərinin birində o səhərə qədər axtarış aparmış, lakin 
heç nə alınmamışdır. O incik halda öz kabinetində divanın üzərinə 
yıxılaraq yatmışdır. Axtardığı cədvəli bütün aydınlığı ilə yuxuda 
görmüşdür. Yaxud da Puşkin ən yaxşı misralarını yuxuda müəyyən edirdi. 
Yaradıcılığın tarixində bir çox yeniliklər yuxudan oyandıqdan sonra 
yorğan-döşəkdə sakit halda uzandıqda baş vermişdir. Məsələn A.Eynşteyn 
qeyd edirdi ki, məkan və zaman arasında əlaqələrin ümumiləşdirilməsi 
ideyası yorğan döşəkdə uzanarkən onun beyninə gəlmişdir. Belə 


325 
vəziyyətdə yüksək yaradıcılıq əhval ruhiyyəsinə malik olduğunu Dekart 
da tez-tez təkrar edirdi. 
2. Intuisiya 
 
Təfəkkür prosesinin həm də aşağıdakı maraqlı cəhəti vardır. 
Bə‟zən 
insan üzun müddət ərzində həll edə bilmədiyi problemi ani olaraq 
dərindən başa düşür və onun düzgün həlli yolunu tapır. Bu keyfiyyət 
intuisiya adlanır. 
Intuisiya həm hissi, həm də intellektual səviyyələrdə baş verə bilir. 
Hissi intuisiya təhlükənin qabaqcadan hiss edilməsində, qarşıdakının qey-
ri-səmimi olduğunu sezməkdə,mövcud şəraitdə rahat yerləşməyəcəyini 
hiss etməkdə və sairdə ifadə olunur. Intellektual intuisiya isə praktiki, 
nəzəri, bədii və ya siyasi vəzifəni ani olaraq həll edə bilmək qabiliyyətidir. 
Intuisiyada qeyri-şüuri ona görə mühüm rol oynaya bilir ki, o 
köhnəlmiş qəliblərdən azaddır, öz hərəkətində daha çevikdir. Bu 
səviyyədə assosiativ (birləşdirici) əlaqələr daha tez yaranır. Beləliklə in-
tuisiya emosional- rasional prosesdir. Idrakın priyomlarının nüfuz edə 
bilmədiyi yerdə onun rolu daha aydın görünür. Darvin öz tərcümeyi-
halında təəccüblə yazırdı ki, onda bə‟zi hallarda qəfildən elə nurlanma baş 
verir ki, əvvələrdə aydın olmayan problemləri əfsanəvi tezliklə həll edə 
bilir. Dekart, Russo və Kant da göstərirdilər ki, gözlənilmədən gələn nur-
lanma dəqiqələrində onların başında əsas fəlsəfi ideyalar yaranır. Digər 
böyük mütəfəkkirlər də dəfələrlə qeyd etmişlər ki, yaradıcılıq prosesinin 
ən məhsuldar dövrü ilhamın gəldiyi momentdir. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   360   361   362   363   364   365   366   367   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin