322
tik mədəniyyət sahibləri olmuşlar. Bir çox nəhəng fiziklər və riyaziyatçılar
qeyd edirdilər ki, bütövlükdə gözəllik və onu yüksək səviyyədə duymaq
qabiliyyəti elmin evristik funksiyasının, yaradıcı fəaliyyətin çox mühüm
xassəsidir. Məsələn P.Dirak protonun mövcud olması ideyasını sırf estetik
mülahizələrdən çıxış etməklə irəli sürmüşdü. Yaxud da K.Siolkovski qeyd
edirdi ki, onun kosmik uçuşlar nəzəriyyəsinin əsas ideyaları elmi-fantastik
ədəbiyyatın güclü tə‟siri altında formalaşmışdır.
1
Kəşf və ixtiralar prosesində müxtəlif analogiyalar (bənzətmələr) ço
mühüm rol oynayır. Məsələn deyildiyinə görə I.Nyuton almanın ağacdan
yerə düşməsini müşahidə etməklə məşhur ümumdünya cəzibə qanununu
kəşf etmişdir. Çoxlarının min dəfələrdə müşahidə etdiyi bu faktı o analo-
giya aparmaqla, yerin cazibə qüvvəsinin tə‟siri kimi mə‟nalandırmışdır.
Yaxud fəza cisimlərinin hərəkətini yerdən göyə atılan əşyaların hərəkətinə
bəzədilməsi, yeni fikirlər söyləməyə imkan vermişdir.
Yaradıcılıq prosesi həm də güclü müşahidə qabiliyətinə malik
olmağı tələb edir. Bu o deməkdir ki, yaradıcı adamlar adi insanların yüz
dəfələrlə yanından ötdüyü və elə bir əhəmiyyət vermədiyi faktları diqqətlə
müşahidə edə bilir. Bu cür dərin müşahidə əsasında onları düşündürən
məsələlərin həlli yolları tapılır. Məsələn söylənildiyinə görə rus alimi
N.jukovski yağışlı gündə küçə ilə gedərkən qarşısındakı yağış suyunun
axdığı arxı keçməli olur. Bu anda onun diqqətini suyun ortasında duran
kərpicin vəziyyətinin dəyişilməsi cəlb edir. jukovski diqqətlə müşahidə
edərək görür ki, suyun təzyiqi altında kərpicin vəziyyəti dəyişilir. Eləcə də
kərpicin tə‟sirilə onun yanından keçən su axını dəyişilir. Belə ciddi
müşahidə ona çoxdan düşündüyü hidrodinamik vəzifənin həllini tapmaqda
kömək etmişdir.
Qeyd etmək lazımdır ki,
Dostları ilə paylaş: