Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


yaradıcılıq prosesi müəyyən məntiqi



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə362/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   358   359   360   361   362   363   364   365   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

yaradıcılıq prosesi müəyyən məntiqi 
ardıcıllıq üzrə baş verir. 
Əvvəlcə faktlar tapılır və onlar araşdırılır. Sonra 
təsnifat həyata keçirilir, ümumiləşdirilmə və nəticə hasil edilir. Nəhayət 
hipotez irəli sürülür, yoxlanılır və onun əsasında nəzəriyyə yaradılır. 
La-
kin yaradıcılıq son dərəcə özünəməxsus prosesdir. Bu mə‟nada o 
məntiqi sxemə sığmır, ondan kənara çıxır
. Təxəyyül və intuisiya bu 
prosesin sonsuz mə‟nəvi resurslara malik olduğunu sübut edir. Məşhur 
fizik L.Broyl yazırdı ki, elmi tədqiqatda təxəyyülün zəruri rolunu 
qiymətləndirməmək olmaz. Onlara əsaslanmaqla elmin böyük nailiyyətləri 
əldə edilir. Beləliklə, heyranedici ziddiyyət özünü göstərir: elm öz 
əsaslarına və metodlarına görə rasional xarakter daşıyır, lakin onun ən 
görkəmli kəşfləri əqlin qəfil sıçrayışları yolu ilə baş verir. Belə sıçrayışlar 
1
Bax: Спиркин А. Философия, с.512. 


323 
isə əqlin gərgin və ağır mühakimələrdən asılı olmadığı hallarda, yə‟ni 
təxəyyül, intiusiya və hikmət (itiağıllılıq) adlanan hallarda baş verir.
1
Yaradıcılığın üsul və formaları içərisində 
itiağıllılıq (hikmət) 
xüsusi yer tutur
. Bu keyfiyyət istər elmi, istərsə də bədii yaradıcılığın 
ayrılmaz tərəfidir. Itiağıl (hikmət) hisslərlə bağlı olan yaradıcı fikir 
deməkdir. Bu fikir ilk nəzərdə müqayisə olunmayan kimi görünən 
faktların gözlənilmədən müqayisə edilməsində, öz mahiyyətinə görə bir-
birindən uzaq olan bu faktlarda qəfildən hansısa ümumiliyin tapılmasında 
ifadə olunur. 
Itiağıllılığa və müdrikliyə nümunə kimi xalqın yaratmış olduğu 
çoxsaylı lətifələri, ağıllı kəlamları və hədisləri göstərmək olar. Onlar öz 
məzmununa görə çox rəngarəngdir. Lakin hamısında fikrin parlaqlığı, 
heyrətamiz ibrətlilik və güclü həyatilik vardır. Məsələn, Molla 
Nəsirəddinin lətifələrində bu itiağıllılıq (müdriklik) çox sadə və həyati 
misallar əsasında (bə‟zən də ilk nəzərdə sadəlövh görünən) ifadə 
olunmuşdur. Eyni sözləri Məhəmməd peyğəmbərin və Həzrət Əlinin 
hədisləri haqqında da söyləmək olar. Itiağıllılığın (hikmətin, müdrikliyin) 
yaradıcılıqda oynadığı mühüm rolu aydın təsvir etmək üçün A.Eynşteynin 
aşağıdakı fikri səciyyəvidir. O göstərirdiki, yeni elm aşağıdakı kimi 
yaranır. Hamı bilir ki, bu işi görmək qeyri-mümkündür. Sonra bir 
sadəlövh avam adam tapılır ki, o işin qeyri-mümkün olduğunu bilmir. 
Nəticədə məhz həmin adam kəşf edir.
Yaradıcılıq prosesində bir çox sosial və şəxsi amillər, o cümlədən 
də şəxsiyyətin psixoloji keyfiyyətləri, onun xarakteri, iradəsi, təcrübəsi, 
ehtirasları, intellekti və sair mühüm əhəmiyyətə malikdir. Yeni ideyalara 
münasibətdə həssas olmaq, müstəqil problemlər irəli sürmək və həll etmək 
qabiliyyəti zəruridir. Öz əvvəlki baxışlarına tənqidi yanaşa bilmək, 
cəsarət və səbirlilik yaradıcılığın mühüm şərtləridir. 
Yaradıcılıq insanın ətraf dünyadakı real əlaqələrindən təcrid 
olunmuş halda deyil, onlarla sıx əlaqədə baş verir. Yaradıcılığın subyekti-
nin tapdığı yenilik bir müddətdən sonra cəmiyyətin ümumi mədəniyətinə 
və ideyalarına qovuşur (kitab, jurnal, qəzet, məqalə və sair formada) 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   358   359   360   361   362   363   364   365   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin