Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


müstəqil surətdə gedən spesifik biososial qanunlar əsasında baş verir



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə358/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   354   355   356   357   358   359   360   361   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

müstəqil surətdə gedən spesifik biososial qanunlar əsasında baş verir.
Idrakda qeyri -rasional mexanizmlərin özünəməxsusluğu və rolunu aşkar 
etmək üçün yaradıcılıq və intuisiyaya nəzər salmaq tələb olunur. 
Insan idrakı öz təbiətinə görə yaradıcı xarakter daşıyır. O tapdanmış 
yolları təkrar etmir, yeni problemlər və vəzifələr irəli sürür, onların 
həllində ən‟ənəvi üsullarla yanaşı qeyri-standart yollardan da istifadə edir. 
Tarix boyu yaradıcılıq prosesi fasiləsiz davam edir və genişlənir. Müəyyən 
yaradıcılıq ünsürləri hər bir insanın həm hissi təsəvvürlərinin tərkibində, 
həm də anlayışlı obrazları sistemində vardır. Onlar canlı müşahidə də, 
empirik və nəzəri əməliyyatlarda da iştirak edirlər. Buna görə də idrak 
prosesini iki müstəqil mexanizm kimi təsəvvür etmək doğru olmazdı. 
Yə‟ni bir mexanizmin güya in‟ikasa xidmət etdiyini, digərinin isə məhz 
yaradıcılığı tə‟min etdiyini düşünmək səhvdir. Çünki in‟ikas etmə ilə 
yaradıcılıq idrakda bir-birilə sıx əlaqəli olan müxtəlif tərəflər kimi çıxış 
edirlər. 
Müasir elmdə yaradıcılığın aşağıdakı anlamı geniş yayılmışdır. 
Yaradıcılıq insanın gerçəkliyi öz məqsədi və tələbatlarına uyğun 
şəkildə dəyişdirməyə yönələn fəaliyyəti deməkdir. Bu fəaliyyəti ilə in-
san keyfiyyətcə yeni maddi və mə‟nəvi dəyərlər yaradır.
Təbiətdə və 
sosial həyatda yeniliklər əmələ gətirir. 
Yaradıcılığı müxtəlif elmlər (fəlsəfə, psixologiya, gibernetika, in-
formatika, pedaqogika və sair) öyrənir. Son dövrdə insanın yaradıcı 
fəaliyyətini öyrənən xüsusi elm 
evristika 
(yeniliyi əldə edərkən keçirilən 
sevinc hissi deməkdir) yaranmışdır. Bu elmin əhatə etdiyi geniş 
problemlər sırasında aşağıdakılar xüsusi yer tutur: yaradıcı fəaliyyətinin 
özünəməxsusluğu, inkişaf mərhələləri, elmi və bədii yaradıcılığın nisbəti, 
yaradıcılıqda motivasiya və şəxsiyyət amilləri, sosial şəraitin yaradıcılığa 
təsiri və sair. Fəlsəfə yaradıcılığın dünyagörüşü ilə bağlı tərəflərinə 
(yaradıcılıq və insanın mahiyyəti, in‟ikas və yaradıcılıq, yaradıcılıqın 
praktika və intuisiya ilə əlaqələri, onun sosial şərtlənməsi, yaradıcılığın 
qnoseoloji və etik səpkiləri və sair) əsas diqqət yetirir. 


319 
Yaradıcılığın çox müxtəlif növləri vardır: istehsal, texnika, elmi, 
siyasi, bədii və sair. Başqa sözlə insanın praktiki və mənəvi fəaliyyətinin 
bütün sahələrinə müvafiq yaradıcılıq növləri mövcuddur.
Yaradıcılığın ən ilkin mərhələsini mövcud tələbatın dərk olunması, 
problemin irəli sürülməsi təşkil edir. Ümumiyyətlə yaradıcılığın 
mərhələləri haqqında ədəbiyyatda müxtəlif baxışlar mövcuddur. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   354   355   356   357   358   359   360   361   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin