315
Hər şeydən əvvəl müasir dövrdə bəşəriyyətin qarşılaşdığı ekolo-
ji və sosiomədəni böhran, ondan xilas olmaq üçün bütün yolların və
vasitələrin əlaqələndirilməsini təkidlə tələb edir
. Bu münasibətdə təkcə
elmi biliklərə deyil, həm də qeyri-elmi məlumatlara, o cümlədən də dini
təsəvvürlərə böyük ümüd bəslənilir. Nəticədə ictimai və fərdi şüurda so-
nunculara maraq və inam xeyli dərəcədə güclənir.
Digər tərəfdən, müasir dövrdə elmin inkişafına şübhə ilə yanaşan və
onu cəmiyyətin qarşısında duran ən ağrılı vəzifələri həll edə bilməməkdə
günahlandıran qüvvələr çoxalmaqdadır. Onlar atom fizikası, genetika,
biomühəndislik, sintez kimyası sahəsində qazanılmış böyük nailiyyətlərin
müsbət tərəfdən çox cəmiyyət üçün təhlükə törədə biləcək tərəflərini ön
plana çəkirlər. Ictimai elmlər isə çox vaxt XX əsrə sosializm ictimai
quruluşunu gətirməkdə təqsirləndirilir.
Nəticədə ictimai rə‟ydə misti-
kaya, irrasionalizmə və dinə meyl özünü gö.stərir.
Sonra, həm təbiətşünaslıq həm də ictimai elmlərin obyektiv
çətinlikləri, onların hələ bir çox təbii elmi və sosial xarakterli problemləri
həll edə bilməməsi də bu işdə az rol oynamır. Elmin inkişafında müşahidə
olunan bu boşluqdan məharətlə istifadə edən elmdən kənar bilik formaları
həmin problemləri özünəməxsus tərzdə izah edir və kütlələri buna
inandırmağa çalışırlar.
Elmdən kənar bilik formaları öz daxili tərkibinə görə müxtəlifdir.
Onların içərisində müxtəlif paraelmlər (elmin izah edə bilmədiyi möcüzə
xarakterli hadisələri şərh etməyə çalışan təlimlər) əsas yeri tutur. Bu
qəbildən olan təlimlərin özü daxilən yekcins olmayıb aşağıdakı qruplara
ayrılır: 1) insanların əşyalara tə‟sir etməsi ilə bağlı hadisələr (məsələn te-
lekinez, yə‟ni şüurun tə‟sirilə əşyaların yerini dəyişdirə bilmək
«məharəti»); 2) cansız predmetlərin insanın həyat fəaliyyətinə tə‟siri
(məsələn, səma cisimlərinin, ulduzların hərəkətinin yerdə törətdiyi
dəyişikliklər); 3) insanın başqa insana tə‟siri (hipnoz və müxtəlif ekstran-
sensor tə‟sir); 4) insanın iştirakı olmadan əşyaların bir-birinə tə‟siri; 5)
insan ilə Kosmosun qarşılıqlı tə‟siri
1
Bundan əlavə müasir dövrdə müxtəlif ezoterik təlimlər də xeyli
dərəcədə yayılmışdır.
Dostları ilə paylaş: