314
Birinci tərəf-tarixilik, öyrənilən obyekti tarixi yaranma və təkamül halında
götürməyi, onun indiki vəziyyətə gəlib çatana
qədər keçdiyi mərhələlərə
diqqət yetirməyi tələb edir. Ikinci tərəf- məntiqi o deməkdir ki, öyrənilən
obyektin müasir səviyyəsini səciyyələndirən,
onun daxili əlaqə və
münasibətlərini açan qanunauyğunluqlar dərk olunmalıdır.
Öyrənilən obyektə tarixi yanaşma,
əldə olunmuş nəticələrin
dəqiqliyini və mötəbərliyini artırır. Digər tərəfdən,
onun gələcək inkişaf
meyllərini aşkar etməyə imkan verir. Buna görə də elmi idrakın bütün
sahələrində, xüsusən də inkişaf etməkdə olan sistemləri öyrənən elmlərdə
(təkamül biologiyası,
tarixi geologiya, cəmiyyətin tarixi, dilçilik və sair)
tarixilik metodu geniş tətbiq olunur. Bu metod obyektin real tarixini bütün
zənginliyi ilə açır. Onun inkişafının ən mühüm mərhələlərini aşkar edir.
Nəticədə öyrənilən obyekt haqqında
hərtərəfli nəzəriyyə yaratmaq, onun
inkişaf məntiqini və təkamül qanunauyğunluqlarını açmaq mümkün olür.
Tarixi yanaşma metodu tarixilik prinsipi ilə ayrılmaz vəhdətdə tətbiq olu-
nur.
Özünün bütün əhəmiyyətinə baxmayaraq tarixi yanaşma kifayət
deyildir. O hələ öyrənilən obyektin müasir andakı mahiyyətini aça bilmir.
Bu vəzifə məntiqi yanaşma yolu ilə həll edilir. Tarixi metod məntiqi
yanaşmanın simasında nəzəri cəhətdən başa çatma mərhələsi ilə
tamamlanır
. Əslində məntiqi metod obyektin tarixi formalarına xas olan
təsadüfləri və ikinci dərəcəli xassələri bir kənara qoyur.
Beləliklə də ob-
yekt (onun tarixi) mücərrəd və nəzəri formada çıxış edir. Bu isə obyektin
daxili mahiyyətini və inkişaf qanunauyğunluqlarını açmaqda əvəzsiz rol
oynayır. Bütövlükdə tarixi ilə məntiqi bir-birindən ayrılmazdır.
Qeyd olunmalıdır ki, bu metodlar qarşılıqlı
surətdə biri digərini
tamamlayır və buna görə də ayrılmaz vəhdətdə götürülməlidir. Bu fikir
təkcə
məntiqi metodlara deyil, ümumilikdə bütün idrak metodlarına aiddir.
Dostları ilə paylaş: