309
fikrən yenidən birləşdirilir və onun haqqında bütöv təsəvvür formalaşır.
Bu təsəvvür əvvəlkindən fərqli olaraq predmetin daxili təbiəti haqqında
dərin biliyi ifadə edir. Sonuncu əməliyyat sintez adlanır. Idrakda analiz və
sintez qarşılıqlı surətdə bir-birini tamamlayır. Həmin əməliyyatları zəruri
edən obyektiv səbəb budur ki, dünyadakı predmetlər
mürəkkəb struktura
malikdir. Buna görə də onları bütöv halda götürdükdə dərindən və
hərtərəfli öyrənmək, onların mahiyyətinə nüfuz etmək qeyri-mümkündür.
Obyekti fikrən tərkib hissələrə ayırdıqda yə‟ni analiz etdikdə, bu vəzifə
asanlaşır.
Növbəti metod-mücərrədləşdirmə elə bir təfəkkür priyomudur ki, o
öyrənilən obyektdən tədqiqatçını maraqlandıran xassə və münasibətləri
seçib götürür, qalanlarını isə bir kənara qoyur. Bu seçilib götürülən
keyfiyyətlər müxtəlif abstraksiyalar şəklində ifadə olunur və onlarla fikri
əməliyyatlar aparılır. Ayrılıqda götürülmüş hər bir anlayış və kateqoriya,
habelə onların sistemi belə abstraksiyalar kimi çıxış edir.
Bu
metod ona görə zəruridir ki, dünyadakı predmet və hadisələr
sonsuz sayda xassə və əlamətlərə malikdir. Onların hamısını olduğu kimi
fikirdə əks etdirmək və öyrənmək qeyri-mümkündür. Buna görə də
onlardakı mühüm keyfiyyətləri ayırırıq və bunları araşdırmaqla predmetin
və ya hadisənin mahiyyətini aşkar edə bilirik.
Digər bir metod-ümumiləşdirmə, elə bir fikri əməliyyatı ifadə edir
ki, onun nəticəsində obyektlərin ümumi xassə və əlamətləri müəyyən edi-
lir. Bu aşağıdakı yol ilə baş verir. Biz obyektlərdəki oxşar xassə və
münasibətləri seçib götürdükdən sonra, onları vahid bir sinif halında
birləşdiririk. Nəticədə bu və ya digər qəbildən olan obyektlərin hamısı
üçün ümumi olan əlamətlər məcmusu-ümumiləşdirmələr yaranır.
Tədqiqat prosesində tez-tez mə‟lum olan biliklərə əsaslanmaqla ye-
ni nəticə irəli sürmək lazım olur. Qeyd olunan əməliyyat iki istiqamət üzrə
baş verə bilir: birinci halda biz mə‟lum olan ayrı-ayrı faktlar haqqında
biliklərdən çıxış edərək ümumi prinsipləri aşkar etməyə çalışırıq. Ikinci
istiqamət isə ümumi prinsiplərə arxalanmaqla ayrı-ayrı obyektlər haqqında
nəticələr irəli sürülməsini göstərir. Fikrin hərəkətin birinci yolu induksiya,
ikincisi isə deduksiya metodu adlanır.
Induksiya metodunun əsasını təcrübə,
eksperiment və müşahidə
təşkil edir. Məhz onların vasitəsilə biz ayrı-ayrı faktları toplayırıq, sonra
onları təhlil edirik Bu və ya digər sinfə (çoxluğa) daxil olan predmetlərin
ümumi və təkrar olunan xassələrini üzə çıxarırıq.
Deduksiya (ümumi biliklərdən istifadə etməklə xüsusi haqqında
nəticə əldə etmə) yolu ilə əqli nəticə əldə etməyin mühüm şərti verilmiş
hökmlərdən birinin ümumi xarakterə malik olmasıdır. Bu metod o halda
daha çox idraki əhəmiyyət kəsb edir ki, ümumi hökm sadəcə olaraq induk-
310
tiv ümumiləşmə kimi deyil, hər hansı bir hipotetik fərziyyə və yeni elmi
ideya formasında çıxış edir. Belə olduqda deduksiya yeni nəzəri sistemin
yaranmasının əsası rolunu oynayır.
Analogiya (bənzətmə) elə bir idrak metodudur ki,
onun vasitəsilə
obyektlərin bir sıra əlamətlərə görə oxşar olması əsasında, onların digər
əlamətlərinin də ümumiliyi haqqında əqli nəticə çıxarılır. Həmin
istiqamətdə aparılan mühakimə buna arxalanır ki, biz müəyyən predmetin
xassələrini öyrənməklə yəqin edirik ki, onlar digər obyektlərin xassələri
ilə üst-üstə düşür. Əgər belə oxşar xassələr kifayət qədər çoxdursa, onda
biz müqayisə olunan obyektlərin başqa xassələrinin də eyni olduğunu
söyləyə bilirik.
Analogiya ilə sıx bağlı olan növbəti metod modelləşdirmə adlanır.
Bu metod obyekti öyrənmək üçün onun sün‟i modelini yaratmağı nəzərdə
tutur. Model, öyrənmək istədiyimiz tərəflərə görə orijinal ilə uyğun gəlir.
Bu keyfiyyətinə görə model idrak üçün çox əlverişlidir.
Əlbəttə modelin
digər əlamətləri orijinal ilə uyğun gəlməyə də bilər.
Modelləşdirmə o halda daha zəruri olur ki, öyrənmək istədiyimiz
obyekt ilə bilavasitə təmas yaratmaq qeyri-mümkündür ya da iqtisadi
baxımdan sərfəli deyildir (məsələn, almazın təbii yaranması, Yer üzərində
həyatın əmələ gəlməsi və sair).
Adi və elmi idrakda modelləşdirmənin iki növündən (maddi və
ideal) istifadə olunur. Maddi modellər təbii qanunlara tabe olan maddi
obyektləri ifadə edir. Mənəvi modellər isə məntiqi qanunlar üzrə fəaliyyət
göstərən ideal formalardır. Onlar işarələr sistemi vasitəsilə ifadə olunur.
Müasir elmi-texniki inqilab şəraitində kompüter vasitəsilə
modelləşdirmə metodu geniş tətbiq olunmaqdadır.
Kompüterə xüsusi
işlənib hazırlanmış proqramlar daxil etməklə son dərəcə müxtəlif
prosesləri (məsələn bazar qiymətlərinin enib-qalxmasını, əhali artımının
meyllərini, Yerin sün‟i peykinin hərəkətini, ayrı-ayrı kimyəvi reaksiyaları
və s.) modelləşdirmək mümkündür.
Yuxarıda göstərilən metodlardan əlavə empirik və nəzəri
tədqiqatların hər birinin özünəməxsus metodları da vardır. Belə ki,
Dostları ilə paylaş: