Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə347/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   343   344   345   346   347   348   349   350   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

2. Elmi idrakın strukturu 
 
Yuxarıda deyilənlər göstərir ki, elm çoxtərəfli, daim dəyişilmə və 
inkişafda olan dinamik sistemdir. 
O mürəkkəb daxili struktura malik-
dir.
Elmi biliyin strukturunda iki pilləni-empirik və nəzəri ayırmaq 
olar
. Bu bölgünün əsasında empirik və idraki fəallığın dərinlik səviyyəsi 
və üsulları, habelə əldə edilən elmi nəticələrin xarakteri durur. Birinci 
pillədə faktiki materialların qeydə alınması və qruplaşdırılması, empirik 
təhlil əsas yer tutur. Ikincidə mücərrəd nəzəri təfəkkür fəaliyyəti əsasında 
hadisə və prosesin mahiyyətinə dərindən nüfuz edilir, onların yeni xassə, 
əlaqə və münasibətləri aşkara çıxarılır. 
Beləliklə elmi idrakın empirik və nəzəri səviyyələri a) tədqiqat 
predmetinin xarakterinə görə, v) tətbiq olunan tədqiqat vasitələrinin tipinə 
və s) istifadə edilən metodların xüsusiyyətlərinə görə bir-birindən 
fərqlənir. 
Birinci onda ifadə olunur ki, empirik tədqiqat əsas etibarilə ətraf 
aləmdəki hadisələri və onlar arasında nisbətən üzdə olan asılılığı aşkara 
çıxarmağa yönəlir. Nəzəri tədqiqat isə obyektlərin mahiyyət əlaqələrini 
xalis şəkildə götürüb, araşdırır. Həm də birincinin verdiyi biliyə nisbətən 
ikinci səviyyədə əldə olunan bilik daha dəqiq olur. 
Ikinci meyara -tədqiqat aparmaq vasitəsinə görə empirik və nəzəri 
tədqiqatlar arasında aşağıdakı fərqlər vardır. Empirik tədqiqat öyrənilən 
obyekt ilə bilavasitə təmasda olmağı nəzərdə tutur. Bu zaman o müxtəlif 
vasitələrdən (cihazlardan, müşahidə və eksperimentdən) istifadə edir. 
Nəzəri səviyyəli tədqiqatda isə obyekt ilə bilavasitə əlaqə saxlanılmır. O, 
dolayısı ilə, vasitələnmiş şəkildə öyrənilir. Burada fikri eksperiment, 


306 
ideallaşdırılmış obyektlər quraşdırmaq (məsələn mütləq mə'nada bərk ci-
sim, maddi nöqtə, ideal əmtəə) və digər vasitələr əsas yeri tutur. 
Nəhayət
, idrakın empirik və nəzəri səviyyələri tədqiqat metodlarına 
görə də bir-birindən fərqlənir. Empirik tədqiqatın əsas metodları: eksperi-
ment, müşahidə, təsviretmə və sairdir. Nəzəri səviyyədə isə ideallaşdırma, 
fikrin mücərrəddən konkretə yüksəlməsi, aksiomatik və hipotetik- deduk-
tiv metodlar, habelə tarixi və məntiqinin vəhdəti metodu əsas yer tutur. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   343   344   345   346   347   348   349   350   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin