303
nəticələrinə tənqidi münasibət bəsləməyi nəzərdə tutur. Onun fikrincə
rasionallıq bundan ibarətdir.
Elmi rasionallıq haqqında müasir təsəvvürlər baxımından amerikan
filosofu T.Kunun və ingilis (macar) filosofu I.Lakatosun fikirləri də maraq
doğurur. Kun elmi biliyin paradiqma modelini (hərfi mə'nası nümunə
deməkdir, əsas nəzəri müddəaları əks etdirir) hazırlamışdır. Bu təlimə görə
elmi fəaliyyətin rasionallığı, tədqiqatçının elmi ictimaiyyət tərəfindən
qəbul olunmuş paradiqmalara nə dərəcədə riayət etməsi ilə ölçülür. Laka-
tosun fikrincə tədqiqatçının rasionallıq göstəricisi onun öz fəaliyyətində
müəyyən tədqiqat proqramına əməl etməsidir. Əlbəttə hər üç mütəfəkkirin
baxışları nöqsanlardan xali deyildir. Onların məhdudluqları elmi fəlsəfi
ədəbiyyatda kifayət qədər təhlil olunmuşdur. Lakin ümumilikdə onların
fikirləri elmi rasionallığın hərtərəfliliyinin əsaslandırılması baxımından
çox əhəmiyyətlidir.
Mə'nəvi istehsal sahəsi kimi götürülən elmin yaratdığı məhsullar
birdən-birə baş vermir. O bir sıra mərhələlərdən keçərək formalaşır. Bu
mərhələləri başqa sözlə
Dostları ilə paylaş: