Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə341/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   337   338   339   340   341   342   343   344   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Biliklər sistemi 
kimi götürülən elm obyektiv qanunları dərk 
etməyə yönəlmiş empirik və nəzəri, fundamental və tətbiqi, təsviredici və 
izah edici idrak vahidlərinin məcmusunu əhatə edir. 
Elmə fəaliyyət
kimi yanaşdıqda onun iki əsas tərəfi aşkara 
çıxır:(sosioloji və koqnitiv). Birinci tərəf subyektlərin elm ilə bağlı 
funksiyalarını əks etdirir. Ikinci tərəfə isə bilikləri yaratmağa və 
dərinləşdirməyə yönələn yaradıcılıq prosedurları (empirik və nəzəri 
səviyyəli) daxildir. 
 Sosial institut
kimi götürdükdə elm bu sahədəki fəaliyyətin 
normaları və təşkilatlarını, sosioloji və aksioloji meyarlarını əhatə edir. Bu 
halda elm siyasi, hüquqi, mülki-əxlaqi, koqnitiv (idraki deməkdir) meto-
doloji tələbləri ifadə edən sosial infrastruktur kimi çıxış edir.
 
 
Elmə akademik sistem
kimi yanaşdıqda obyektiv və ictimai 
faydalı biliklər almaq üçün ixtisaslaşdırılmış müəyyən strukturların 
məcmusu başa düşülür. 
Elmi texniki inqilab XX əsrin ortalarından başlanan qüdrətli sosial 
hərəkatdır. Bu hərəkat elmin inkişafı və həlledici texnoloji qüvvəyə 
çevrilməsi nəticəsində canlı işçi qüvvəsinin əməyinin sıxışdırılıb 
çıxarılmasi ilə səciyyələnir. O, həm də fəaliyyətin səmərələlişdirilməsi və 
intelektuallaşması əsasında yenidən qurulması deməkdir.


300 
Elm gerçəkliyi özünəməxsus formalarda (elmi təssəvvürlər, 
anlayışlar və nəzəri sistemlər) əks etdirən spesifik şüur formasıdır. Başqa 
sözlə elm mə'nəvi istehsal sahəsidir. Bu istehsalın məhsulları anlayışlar, 
qanunlar və nəzəriyyələrdir. 
Biliklər sistemi kimi elm inkişaf etdikcə onu öyrənən xüsusi 
nəzəriyyə sahəsi də yaranır. Bu epistemologiya (epistemos yunanca bilik 
deməkdir) adlanır. O ümumi idrak nəzəriyyəsinin (qnoseologiyanın ) 
ayrılmaz tərəfini təşkil edir. 
Elmin yaranması təsadüfi olmayıb tarixi zərurətdir. O təbiətin və 
cəmiyyət hadisələrinin mahiyyətini dərk etməyi tələb edən şəraitin 
məhsuludur. Bununla əlaqədar deyilməlidir ki, elm iki əsas məqsədə 
xidmət edir. Onlardan birincisi ətraf aləmdəki hadisə və proseslərin daxili 
sirrlərini açmaq (idraki məqsəd), ikincisi isə insanın ətraf mühitə 
uyğunlaşması və onu dəyişdirməsini səmərəli etməkdir. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   337   338   339   340   341   342   343   344   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin