Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


Buna görə də obyektiv həqiqət mütləq



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə338/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   334   335   336   337   338   339   340   341   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Buna görə də obyektiv həqiqət mütləq 
həqiqətdən daha çox nisbi həqiqət formasında çıxış edir
. Digər 
tərəfdən, mütləq həqiqət bizim biliyimizin daim can atdığı son həddi ifadə 
edir. Bu yol ilə irəliləyən insan obyektlərin yeni-yeni əlaqə, xassə və 
münasibətlərini aşkara çıxarır. Bunlar isə yeni nisbi həqiqətləri yaradır. 
Nisbi həqiqətin özü ətraf aləmin hadisə və prosesləri haqqında mövcud 
səviyyəyə, praktikanın, əmək alətlərinin, eksperiment aparılan cihazların 
təkmilləşməsi səviyyəsinə uyğun dərəcədə obyektiv bilik verir. Lakin 
biliklərin inkişafı gedişində nisbi həqiqətlərin şərtiliyi daha çox aşkara 
çıxır, onlar dəyişilir, yeniləşir. Bununla yanaşı idrakın hər bir yeni 
mərhələsində nisbi həqiqətlər daha da dərinləşir, dolğun xarakter alır, 
onlardakı obyektiv həqiqət ünsürləri çoxalır. 
Deməli həqiqətin inkişafı onda mütləqlik momentlərinin çoxalması 
istiqamətində gedir. Hər bir sonrakı nəzəriyyə əvvəlkinə nisbətən daha 
dolğun və dərin bilikdir. Əlbəttə yeni həqiqətlər əvvəlki biliyi tamamilə 
bir kənara atmır. Onların bə'zi mütərəqqi momentlərini özündə yaşadır. 
Köhnə bilik yenisi ilə müqayisədə onun xüsusi halı kimi çıxış edir.
Nisbi və mütləq həqiqətlərin dialektikası belədir ki, insan idrakı bizi 
əhatə edən dünyanı daha dəqiq və hərtərəfli öyrənməyə yönəlir. Bu 
prosesdə o, öz qarşısına çıxan ziddiyyətləri həll edir, obyektiv gerçəkliyi 
daha dolğun və dərindən əks etdirir. Bu müddəa bütün bilik növlərinə 
(riyazi, təbiielmi, texniki və sosial) aiddir. 
Həqiqət nəzəriyyəsinin müa-
sir səviyyəsi göstərir ki, dünya haqqında biliklərimizin dəqiqliyi, 
dolğunluğu və mötəbərliyini ehtimal nəzəriyyəsi və ehtimal 
məntiqinin köməyilə müəyyən etmək mümkündür
. Hazırda nisbi 
həqiqətlərin- ehtimal xarakterli həqiqətlərin mütləq səviyyədə biliklərə 
necə yanaşdığını göstərən bir çox riyazi nəzəriyyə və düsturlar mövcud-
dur. 
Həqiqət nəzəriyyəsinin mühüm bir prinsipini 
konkretlik 
təşkil edir. 
Həqiqətin konkretliyi bu deməkdir ki, o real əlaqələr, obyektin bütün 
tərəflərinin qarşılıqlı tə‟siri, onun əsas xassələri və inkişafı haqqında biliyi 
ifadə edir. Konkretliyin digər şərti mövcud tarixi şəraiti, məkan və zaman 
amilini nəzərə almaqdır. Yəni müəyyən şəraitdə eyni bir obyekt haqqında 
həqiqi olan fikir başqa şəraitdə yalan ola bilər. Göründüyü kimi bu prinsip 
ehkamçılıq ilə bir araya sığmır. Ümumi formul və sxemlərlə 
kifayətlənməməyi, real şəraiti nəzərə almağı tələb edir. Bu prinsip göstərir 
ki, mücərrəd (dəyişməz), Hər şeyi əhatə edən (bütün şəraitlərdə doğru 
olan) həqiqət yoxdur. Konkretliyi aşağıdakı misaldan yəqin etmək olar. 
Suyun 100 dərəcə Selsidə qaynaması fikri yalnız konkret şəraitdə, yəni 
atmosfer təzyiqinin 760 mm civə sütununa bərabər olduğu yerdə həqiqidir. 


297 
Belə şərait olmayanda həmin fikir həqiqiliyini itirir. Beləliklə konkretlik 
prinsipi normativ funksiya daşıyır. O inteqrativ (birləşdirici) və sintetik 
(bütöv) göstəricidir. Bu göstərici həqiqətin mütləq, nisbi və prosesual 
olmasından irəli gəlir. Həmin keyfiyyətlərə malik olan həqiqət konkret 
olmaya bilməz. Həqiqətin konkretliyi həm də bu deməkdir ki, onun təbiəti 
təkcə obyektiv reallıqdan asılı deyildir. Bu işdə həqiqətin əldə edilməsi 
yolları və vasitələri də mühümdür. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   334   335   336   337   338   339   340   341   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin