praqmatik konsepsiyası (Pirs,
Ceyms, Dyui və başqaları) da vardır. Bu konsepsiya praktikanın həqiqətin
meyarı hesab edir. Qeyd edək ki, elmdə çox vaxt praktikanın meyarı eks-
perimentin əhəmiyyəti ilə birbaşa əlaqələndirilir. Lakin elmi praktika
təkcə eksperimentdən ibarət deyildir. O elmin tətbiqinin bütün sahələrini
əhatə edir. Buna görə də elmin həqiqliyinin yoxlanılması insanın bütün
həyat fəaliyyəti sahələrini əhatə etməlidir.
Həqiqətin müasir anlamının aşağıdakı momentləri vardır: 1)
gerçəklik anlayışı insanın şüurundan asılı olmayan obyektiv reallıq kimi
göstərilir. 2) bu anlayışa həm də subyektiv reallıq daxil edilir və qeyd olu-
nur ki, həqiqət həm də mə'nəvi reallığın dərk olunmasıdır. 3) idrak və
onun nəticəsi olan həqiqət, habelə obyekt insanın predmet -hissi fəaliyyəti,
praktika ilə ayrılmaz əlaqəli götürülür. Belə təssəvvür olunur ki, obyekt
praktika vasitəsilə bəlli olur. həqiqətin yəni dəqiq biliyin mahiyyəti və
konkret təzahürləri praktikada canlandırıla bilər. 4) həqiqət təkcə statik
deyil, həm də dinamik vəziyyətdə götürülür. Yə'ni həqiqətin proses olduğu
qəbul edilir.
1
Müasir idrak nəzəriyyəsi həqiqətə və onun meyarının müəyyən
edilməsinə birmə'nalı yanaşmır, onu çox mürəkkəb məsələ hesab edir. Bu
nəzəriyyə birinci növbədə
obyektiv həqiqət anlayışına diqqət yetirir. Ob-
yektiv həqiqət biliklərimizin məzmununun insandan və bəşəriyyətdən asılı
olmaması deməkdir. Buradan görünür ki, biliklərdə bu və ya digər insan-
dan, sosial qrupdan və bütövlükdə bəşəriyyətdən asılı olan tərəf də vardır.
Bu tərəf insanın psixikası və təhsili, xüsusiyyətləri, hissi qavrayışının spe-
sifikliyi, qrup, peşə və milli əlamətlərindən irəli gəlir. Odur ki, biliklərin
məzmununda bu subyektiv amillərlə bağlı ünsürləri azaltmaq və heçə
endirmək, onun obyektivliyini artırmaq üçün son dərəcə zəruridir..