Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə334/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   330   331   332   333   334   335   336   337   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

3. Həqiqət nəzəriyyəsi 
 
Idrak nəzəriyyəsinin ən mürəkkəb məsələlərindən biri 
həqiqət və 
onun meyarı haqqında təlimdir.
Hələ qədimdən filosoflar biliklərimizin real həyatdakı hadisə və 
proseslərin məzmunu ilə nə dərəcədə uyğun gəldiyi haqqında fikirlər 
söyləmişlər. Bə'zi mütəfəkkirlər (eleyalılar və sofistlər) biliklərin, xüsusilə 
də hiss üzvlərinin verdiyi biliklərin doğruluğunu şübhə altına alırdılar. 
Platon isə hesab edirdi ki, yalnız əbədi və dəyişməz ideyalar haqqında 
biliklər səhihdir. Hissi dünyaya aid mə'lumatlar, yə'ni rəylər mötəbər 
deyildir. Bu cür mübahisələr fəlsəfi fikrin inkişafının sonrakı dövrlərində 
də davam etmişdir. 
Beləliklə, biliklər ilə obyektiv dünya hadisələri arasında 
uyğunluğun müəyyən edilməsi məsələsi qarşıya çıxır. Bu fəlsəfədə həqiqət 
adlanır. Vaxtilə Hegel deyirdi ki, həqiqət çox böyük söz və çox böyük 
işdir. O bunlardan daha çox həyata böyük münasibət bəsləmək deməkdir. 
Əgər insanın ruhu və qəlbi sağlamdırsa, belə münasibət nəticəsində onun 
döş qəfəsi genişlənir, dərindən nəfəs almaq mümkün olur. 
Fəlsəfə tarixində və müasir fəlsəfi təlimlərdə həqiqətin 
anlaşılmasına dair müxtəlif fikirlər söylənilir. Məsələn həqiqətin kogerent 
(latınca qovuşma, əlaqə deməkdir) nəzəriyyəsi (Spinoza, Leybnis, Hegel 
və başqaları) göstərir ki, yalnız müəyyən məntiqi qaydalar əsasında 
əvvəllərdə həqiqiliyi qəbul edilmiş fikirlərdən alınan müddəalar həqiqidir. 
Bu nöqteyi-nəzərdə müəyyən doğruluq ünsürləri vardır, xüsusən də riya-
ziyyat elminə münasibətdə. Lakin bütövlükdə bu baxış idrakın bir tərəfini 
həddən artıq şişirdir. Onu həmin prosesin zəruri tərkib hissələrindən 
ayrılıqda götürür və mütləqləşdirir. Bu nəzəriyyə tərəfdarlarının fikrincə 
bütün elmi müddəalar, bütöv bir ahəngdar tamı əmələ gətirirlər. Həqiqilik 
həmişə bu ahəngdar tamın müəyyən ünsürü kimi çıxış edir. Yeni 
nəzəriyyələrin və eksperiment mə'lumatların əvvəldə mövcud olanlar ilə 
uyğunlaşdırılması, elə onların yoxlanılması deməkdir. Bu cür 
uyğunlaşdırma mövcud elmi bilik sistemini əsaslı surətdə yeniləşdirir. 
Müasir elmi bilik sistemli və çoxşaxəli xarakter daşıyır. Keçmiş 
dövrlərdə isə o, nisbətən sadə formalarda idi, məntiqi əməliyyatlardan az 
istifadə olunurdu, əsas yeri faktlara söykənmək tuturdu. Faktlara çox tez-
tez müraciət edilməsi elmi fikrin inkişafını ləngidirdi. Indi isə tədqiqatçı 
adətən müəyyən nəzəri iş gördükdən sonra faktlara müraciət edir. Elmi 
biliyin bu sistem keyfiyyəti, yəni həddən artıq faktiki dağınıqlıqdan azad 


293 
olması, onun inkişafına müsbət tə'sir edir. Buna uyğun olaraq elmi 
həqiqətin şərhi də dəyişilir. Həqiqi elmi müddəa biliklər sistemi kimi 
götürülən elmin tərkibinə daxil edilir. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   330   331   332   333   334   335   336   337   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin