Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


Elmin cəmiyyətdəki rolu onun funksiyalarında daha aydın



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə342/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   338   339   340   341   342   343   344   345   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Elmin cəmiyyətdəki rolu onun funksiyalarında daha aydın 
şəkildə təzahür edir
. Elm aşağıdakı funksiyaları yerinə yetirir: mədənəi-
dünyagörüşü funksiyası; bilavasitə məhsuldar qüvvə ilə bağlı funksiya və 
elmin fəal sosial qüvvə kimi çıxış etmə funksiyası. Tarixin müxtəlif 
dövrlərində bu funksiyalar eyni rol oynamır. Onlardan bu və ya digəri ön 
plana çıxır. Məsələn, elmin müstəqil sosial institut kimi formalaşmağa 
başladığı XVII əsrdə birinci funksiya aparıcı yer tuturdu. Məhz bu dövrdə 
elm ilk dəfə insanların dünyagörüşündə dinin uzun illər ərzində davam 
edən inhisarına son qoydu. Tədricən elmi dünyagörüşünün yayılması pro-
sesi başlandı. 
Müasir elmi-texniki inqilab şəraitində elmin istehsala nüfuz etməsi 
durmadan artır. Bununla əlaqədar olaraq onun bilavasitə məhsuldar qüvvə 
kimi fəaliyyəti funksiyası birinci yerə çıxır. Bu onda ifadə olunur ki, elm 
maddi istehsal və eləcədə mənəvi istehsal ilə getdikcə daha çox 
qovuşmaqdadır. 
Nəhayət elmin sosial qüvvə kimi fəaliyyəti funksiyası da 
mühümdür. Bu funksiya cəmiyyətin iqtisadi və sosial inkişafının elmi 
zəmin üzrə həyata keçirilməsində təzahür edir. Qeyd edək ki, müasir el-
min sosial funksiyası ölkə daxili ilə məhdudlaşmır. O həm də beynəlxalq 
miqyaslı qlobal problemlərin həllində böyük imkanlar açır. 
Elmi idrak əsasən insanların fəaliyyət dairəsinə cəlb olunmuş və 
yaxud gələcəkdə cəlb olunacaq sahələri öyrənir. Buradan aydın olur ki, 
elm təkcə bu günkü tələbatı əks etdirmir. O həm də gələcəyin 
öyrənilməsinə xüsusi diqqət yetirir. 
Elmi idrak adi məişət idrakından aşağıdakı cəhətlərinə görə 
fərqlənir.


301 
Əvvəla
elmin öyrəndiyi obyektləri adi təcrübənin öyrəndiyi 
obyektlərə müncər etmək olmaz. Buna görə də, onları mənimsəyərkən adi 
idrakın metod və vasitələri kifayət deyildir. Əlavə olaraq xüsusi priyomlar 
tətbiq etmək lazım gəlir. 
Ikinci 
elmi idrakın dili adi idrakdakından xeyli 
fərqlidir. Əgər ikincinin dili daha çox təsviri, qeri-dəqiq və çoxmə'nalı 
xarakter daşıyırsa, elmin dili dəqiq və birmə'nalıdır. Elm obyektləri təsvir 
etmək üçün xüsusi işlənib hazırlanmış dildən (bu bə'zən sağlam düşüncə 
baxımından qəribə görünsə də) istifadə edir. 
Üçüncü
elmi tədqiqatlarda 
xüsusi cihazlar və aparatlar tətbiq olunur. Yalnız onların köməyilə elm 
öyrəndiyi obyektin vəziyyətini və dəyişilməsini eksperimental şəkildə əks 
etdirə bilir. 
Bu da qeyd olunmalıdır ki, 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   338   339   340   341   342   343   344   345   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin