299
X FƏSIL
ELMI IDRAK VƏ ONUN METODLARI
1. Elmi idrak və onun spesifik cəhətləri
Bu mövzu bir növ əvvəlkinin davamı olub, idrakın əsas forması
olan elmin fəlsəfi təhlilinə həsr olunur. Idrakın digər (bədii
və adi güza-
ran) formaları ilə müqayisədə elm daha yetkin səciyyə daşıyır. Hazırda o
bizi əhatə edən reallığın getdikcə daha fəal tərkib hissəsinə
çevrilməkdədir.
Elm cəmiyyətdə çox böyük rol oynayır.
Insanlar onun vasitəsilə
dünyadakı hadisə və proseslərin yeni-yeni xassələrini,
əlaqələrini və
qanunauyğunluqlarını aşkar edirlər. Elmin nailiyyətləri əsasında onlar öz
həyat fəaliyyətini daha səmərəli qururlar. Elmi məlumatlar toplandıqdan
və təhlil edildikdən sonra ümumiləşdirilir və bitkin nəzəriyyəyə çevrilir.
Idrakın sonrakı gedişində o daha da dəqiqləşdirilir və yeniləşir. Nəticədə
dünyanı daha dolğun və hərtərəfli əks etdirmək mümkün olur.
Elm anlayışının məzmunu çox genişdir. Ənənəvi olaraq bu anlayışa
aşağıdakılar daxil edilir:
biliklər sistemi, fəaliyyət növü,
sosial institut,
akademiya sistemi və elmi-texniki inqilab.
Dostları ilə paylaş: