Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


elmi idrak öz nəticələrinə görə də



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə343/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   339   340   341   342   343   344   345   346   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

elmi idrak öz nəticələrinə görə də 
adi 
empirik idrakdan seçilir. Belə ki, elmi fəaliyyətin yekunlarını heç də 
həmişə adi təcrübədə və istehsalatda yoxlamaq mümkün olmur. Burada 
biliyin həqiqiliyini müəyyən etmək üçün digər meyarlardan (əqli 
nəticələrdən, yə'ni doğruluğu sübuta yetirilmiş bilikdən, digər yeni bilik 
əldə etmək üsullarından) istifadə edilir. Həm də göstərilməlidir ki, adi 
idrakın nəticələri dağınıq və sistemsiz olursa, elmi bilik sistemli, bitkin və 
əsaslandırılmış xarakter daşıyır. 
Deyilənlərdən əlavə 
elmi adi idrakdan fərqləndirən aşağıdakı 
cəhətlərə də diqqət 
yetirilməlidir. Belə ki, o adətən obyekti tədqiq etmək 
üçün başa düşülən, anlaqlı metoddan istifadə edir. Lakin elm gündəlik 
təcrübədə mə'lum olan adi təssəvvürlərdən uzaqlaşaraq obyektlərin daxili 
mahiyyətinə nə qədər çox nüfuz edirsə, 
burada xüsusi metodun 
yaradılmasına zərurət də bir o qədər artır
. Buna görə də elm təkcə ob-
yekt haqqında bilik yaratmır, həm də metod haqqında bilik formalaşdırır. 
Elmin inkişafının yüksək mərhələsində isə elmi axtarışlara istiqamət verən 
xüsusi bilik sahəsi-metodologiya formalaşır. 
Sonra, elm ilə məşğul ol-
maq üçün xüsusi hazırlıq keçmək tələb olunur. Adi idrakda belə hazırlıq 
fərdin sosiallaşması və müxtəlif fəaliyyət sahələrinə qovuşması prosesində 
avtomatik baş verir. Elmi fəaliyyət isə ali və ya orta ixtisas təhsili 
həcmində bilik olmağı, müəyyən dəyərlər sisteminə məqsəd ustanovkaları 
və standartlara malik almağı tələb edir. Elm ilə məşğul olan mütəxəssisləri 
yetişdirmək üçün xüsusi təşkilatlar və müəssisələr sistemi (ali və orta ixti-
sas təhsili məktəbləri, elmi tədqiqat institutları, magistratura, aspirantura 
və sair) fəaliyyət göstərir. 
Elmi idrakın səciyyəsini 
verərkən elmi rasionallıq probleminə 
də 
diqqət yetirilməlidir. Bu həm də ona görə zəruridir ki, müasir qərb 
fəlsəfəsi fikrində elmi rasionallığa mənfi münasibət hələ də özünü 
göstərməkdədir. Bununla əlaqədar, qeyd edək ki, elmi rasionallıq 
anlayışının özü də daim təkmilləşməkdədir. 


302 
Ümumi mə'nada rasionallıq dedikdə zəkanın və dərrakənin 
nəticələrinə arxalanmaq və mümkün qədər emosiyalara, ehtiraslara, şəxsi 
rə'yə uymamaq başa düşülür. Rasionallıq problemi XVII əsrdə, yə'ni elmin 
müstəqil sosial institut kimi formalaşdığı dövrdə yaranmışdır. O vaxtdan 
elmi rasionallığın üç müxtəlif tipi özünü göstərmişdir. 
Birinci

rasionallığın klassik tipi (XVII-XVIII əsrlərdə mövcud olmuşdur) adlanır. 
Bu forma göstərirdi ki, obyektləri nəzəri cəhətdən izah və təsvir edərkən 
subyektin istifadə etdiyi vasitələrdən və əməliyyatlardan sərf nəzər olunur. 
Bu dünya haqqında obyektiv həqiqi bilik almaq üçün zəruri hesab edilirdi. 
Həmin dövrdə mexanika elmi aparıcı yer tuturdu və dünyanın mexaniki 
mənzərəsi formalaşırdı. Rasionallığın sözügedən tipinin səciyyəsinə bu 
amil ciddi tə'sir göstərmişdir.

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   339   340   341   342   343   344   345   346   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin