305
imkanlarını genişləndirə bilir. Lakin bütövlükdə elmin inkişafı insanın
yuxarıda qeyd olunan göstərici və imkanlarına uyğun gəlir.
Elmi biliyin diferensiasiyası ümumən mütərrəqi xarakter daşıyır.
Belə ki, idrakın dərinləşməsinə, hər bir elmin istifadə etdiyi metodikanın
və idrak vasitələrinin təkmilləşməsinə kömək edir. Bununla yanaşı elmin
həddən artıq diferensiasiyası müəyyən mənfi nəticələr də törədir. Bu halda
öyrənilən obyektin bütöv obrazını
yaratmaq, onun ümumi inkişaf
qanunauyğunluqlarını aşkar etmək çətin olur. Diferensiasiyanın bu
məhdudluqlarını
digər bir
istiqamət-elmlərin inteqrasiyası aradan
qaldırılır
. Bu meyl də sürətlə getməkdədir. Nəticədə müxtəlif elmlərin
qovuşuğunda yeni, inteqrativ elm sahələri (kibernetika,
sinergetika, bio-
kimya, biofizika və s.) yaranır.
Qeyd olunmalıdır ki, elmin diferensiasiyası və inteqrasiyası
meylləri bir-birindən ayrılmazdır. Onlar dialektik vəhdətdə çıxış edirlər.
Dostları ilə paylaş: