Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


Idrakın empirik və nəzəri səviyyələrinin daxili strukturunu



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə348/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   344   345   346   347   348   349   350   351   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Idrakın empirik və nəzəri səviyyələrinin daxili strukturunu 
açmazdan əvvəl, onlar ilə hissi və rasional səviyyələrin münasibətini 
nəzərdən keçirmək vacibdir
. Qeyd edək ki, bu iki növ bölgü bir-birilə 
çox yaxındır. Lakin onları tam eyniləşdirmək olmaz. Hər şeydən əvvəl ona 
görə ki, empirik səviyyə hissi pillədən daha geniş məzmuna malikdir. Belə 
ki, onun tərkibinə həm də müşahidə əsasında formalaşan xüsusi tipli bilik-
elmi fakt daxildir. Deməli empirik səviyyə özündə hissidən əlavə, həm də 
rasional pillənin müəyyən momentlərini əhatə edir. Eyni fikri biliyin 
nəzəri səviyyəsi haqqında da söyləmək olar. Burada rasional formalar 
(anlayış, mühakimə, əqli nəticə) üstünlük təşkil etsə də, həm də hissi 
idrakın forması olan əyani modellərdən istifadə olunur. 
Bütün bunlarla yanaşı nəzərdə tutulmalıdır ki, empirik səviyyədə 
hissi idrak, nəzəri səviyyədə isə rasional idrak əsas yeri tutur. 
Elmi idrakın həm empirik, həm də nəzəri səviyyələri mürəkkəb 
daxili struktura malik olub, bir sıra yarımpillələrdən ibarətdir: Məsələn, 
empirik səviyyənin 
tərkibində müşahidə və empirik fakt
ayrılır.
Müşahidə prosesində əldə olunan informasiya tədqiqatçının 
bilavasitə hiss üzvlərinin göstəricilərinə, habelə müxtəlif cihazların 
mə'lumatlarına əsaslanır. Buna görə də onun mö'təbərlik səviyyəsi o qədər 
də yüksək deyildir. Belə ki, müşahidəçinin subyektiv keyfiyyətləri və 
istifadə etdiyi cihazların göstəricilərini qeydə alarkən buraxdığı səhvlər öz 
mənfi tə'sirini göstərə bilir. Deyilənlərdən mə'lum olur ki, nəzəriyyə 
yaradılarkən müşahidə materialları əsas götürülə bilməz. Bu proses daha 
mö'təbər biliyə-fakta arxalanmalıdır. Müşahidə mə'lumatlarından fakt 
mərhələsinə keçilərkən aşağıdakı əməliyyatlar yerinə yetirilir. Hər şeydən 
əvvəl müşahidə mə'lumatları rasional formada işlənilir və onlardakı sabit 
(invariant) tərəflər axtarıb tapılır. Bu çox vacibdir, çünki, faktı 
formalaşdırmaq üçün çoxsaylı müşahidə mə'lumatlarını müqayisə etmək 
yolu ilə onlarda təkrarolunan, nisbi sabit xarakter daşıyan tərəfləri seçib 
götürmək tələb olunur. bu həm də təsadüfləri və müşahidəçinin günahı 
üzündən baş verən səhvləri ayırd etmək üçün vacibdir. 
Digər bir mühüm prosedur müşahidələrdə aşkar olunan invariant 
(sabit) məzmunun düzgün şərh olunmasıdır. Bu prosesdə əvvəllərdə əldə 
edilmiş nəzəri biliklərdən geniş istifadə olunur. 


307 
Fakt ilə nəzəriyyə bir-birilə xeyli yaxındır. Belə ki, faktın 
formalaşmasında nəzəriyyədən kənarda yoxlanımış biliklər müəyyən 
qədər iştirak edir. Digər tərəfdən faktlar yeni nəzəri biliklərin yaranmasına 
təkan verir. Həmin biliklər isə səhih olduqda yeni faktların 
formalaşmasında fəal iştirak edir. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   344   345   346   347   348   349   350   351   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin