Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


Bu təlimlər insanların həyatının sehrli tərəflərini



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə356/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   352   353   354   355   356   357   358   359   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Bu təlimlər insanların həyatının sehrli tərəflərini 
aşkar etmək iddiası ilə çıxış edirlər.
Onların fikrincə insanın 
mövcudluğu ikili xarakter (bu dünyadakı həqiqi mövcudluq və illüziyalı 
mövcudluq) daşıyır. Sonra, bu təlimlərdə bəzi insanların qeyri-adi 
qabiliyyətlərə malik olduğu göstərilir. Həmin qabiliyyətlər sayəsində 
onların dunyanın əlçatmaz sirrlərinə yiyələnə bildiyi iddia olunur. Ezoterik 
1
Bax: Паранаука как феномен культуры. Вестник Московского универси-
тета, Серия. Философия ,1995, №3. 


316 
tə‟limlər din ilə sıx əlaqəlidir. Bu əlaqə müxtəlif dini təriqətlərin (məsələn 
vahabilik) fəaliyyətində daha aydın nəzərə çarpır. 
Yuxarıda deyilənlər göstərir ki, qeyri-elmi bilik formalarının 
imkanları və hüdudlarını aydın təsəvvür etmək müasir insan üçün çox 
zəruridir. Bununla əlaqədar deyək ki, çox vaxt astrologiya, parapsixolo-
giya 
və 
bu 
qəbildən 
olan 
digər 
tə‟limlərin 
rolunun 
müəyyənləşdirilməsində iki ifrat hədd özünü göstərir: 1) onların rolu 
həddən artıq şişirdilir. 2) onların gərəksizliyi və idrakı imkanlardan 
məhrum olduğu qeyd olunur. Göstərilməlidir ki, hər iki baxış birtərəfli 
xarakter daşıyır. Doğrudur, qeyri-elmi formalar öz mə‟lumatlarında ra-
sional momentlərə əsaslanmır. Lakin bu fakt onların müəyyən idraki 
əhəmiyyətə malik olduğunu və idraki imkanlarını istisna etmir. Bunu 
astrologiyanın nümunəsində daha aydın görmək olar. Astrologiya bir 
tərəfdən səma cisimləri haqqında astronomiyanın verdiyi mə‟lumatlardan 
istifadə edir. Digər tərəfdən onun özü də astronomiyanın inkişafına 
müəyyən müsbət tə‟sir göstərir. Məsələn, bir çox səma planetlərinin 
günlər üzrə vəziyyəti müəyyən edilərkən və ulduzlar cədvəlinin tərtibində 
o fəal iştirak edir. Bundan əlavə astrologiya riyazi biliklərdən, xüsusən də 
həndəsədən istifadə etdiyi üçün onun köməyilə planetlərin bir-birilə 
nisbətdə yerləşmə vəziyyətini dəqiqləşdirmək mümkün olur. Bütün bunlar 
onu göstərir ki, o, bə‟zi hallarda müsbət və arzu olunan proqnozlar verə 
bilir. Digər hallarda isə taleyin şər gərdişindən qorunmağı tövsiyə edir. 
Beləliklə astrologiya mədəniyyətin həyata keçirdiyi uyğunlaşma 
funksiyasında müəyyən qədər iştirak edir. Bununla əlaqədar astrologiya öz 
funksiyasına görə elmə yaxın yer tutur. Hətta bə‟zi tədqiqatçılar 
astrologiyanı tətbiqi elmi fənn hesab edirlər. Onlar astrologiyanın 
çıxardığı nəticələrin qeyri-müəyyənliyinə də haqq qazandırırlar. Qeyd 
edirlər ki, bu keyfiyyət insanı öyrənən bütün elmlər üçün səciyyəvidir. 
Son dövrlərdə ABŞ-da prezidentlərin tərcümeyi- hallarının öyrənilməsi, 
bu məsələdə də müəyyənliklə qeyri-müəyyənliyin nisbətdə olduğunu 
sübut edir. Mə‟lum olmuşdur ki, onların əksəriyyəti əqrəb bürcü altında 
doğulmuşlar. Qəribə burasındadır ki, onları qətlə yetirənlərin də hamısı bu 
bürcə mənsubdurlar. Astrologiya isə öyrədir ki, əqrəblər hakimiyyətə 
hərisliyi ilə səciyyələnirlər. Hazırda astrologiyanın verdiyi bə‟zi 
mə‟lumatlar yaranmaqda olan yeni elm sahəsində -kosmobiologiyada 
istifadə olunur.
1

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   352   353   354   355   356   357   358   359   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin