Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


empi- rik səviyyədə aparılan tədqiqatlar aşağıdakı metodlar üzrə gedir



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə351/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   347   348   349   350   351   352   353   354   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

empi-
rik səviyyədə aparılan tədqiqatlar aşağıdakı metodlar üzrə gedir.: 
müşahidə, təsviretmə və eksperiment

Müşahidə dedikdə obyektiv gerçəkliyin hadisələrində baş verən 
dəyişikliklərin məqsədyönlü şəkildə izləniləməsi başa düşülür. Bu, üç 
tərəfin-müşahidəçinin, müşahidə obyektinin və müşahidə vasitəsinin 
olmasını nəzərdə tutur. Adi seyr etmədən fərqli olaraq elmi müşahidə 
müəyyən məqsəd güdür, yə‟ni elmi vəzifənin həlli ilə bağlı olur. O obyek-
tin indiki vəziyyəti və gələcəkdə onda baş verə biləcək dəyişikliklər 
haqqında biliklər əldə etməyə yönəlir.


311 
Müşahidənin nəticələri müəyyən vasitələrin köməyi ilə qeydə alınır 
və toplanılır. Butəsviretmə adlanır. Təsvir obyekt haqqında mə‟lumatları 
təbii və ya sün‟i dildə ifadə edir. Təsvirin keyfiyyət və kəmiyyət formaları 
mövcuddur. Birnci halda əsas yeri obyektdə baş verən mahiyyət xarakterli 
dəyişikliklərin qeydə alınması tutur. Kəmiyyət təsviri isə riyazi dil ilə 
ifadə olunur, ölçmə və hesablama əməliyyatları vasitəsilə yerinə yetirilir. 
Ölçmə əməliyyatı obyektləri müəyyən oxşar xassələrə və əlamətlərə görə 
müqayisə etməyə əsaslanır. 
Müşahidə çox əhəmiyyətli və zəruridir. Lakin onun nöqsanları da 
vardır. Əvvəla, müşahidə də əsas yer tutan hiss orqanlarının imkanları 
xeyli məhduddur (hətta texniki vasitələrdən istifadə olunduqda belə). 
Digər tərəfdən müşahidəni həyata keçirərkən biz öyrəndiyimiz obyektdə 
məqsədimizə uyğun dəyişikliklər edə bilmirik, onun gedişinə və şəraitinə 
müdaxilə etmirik. Müşahidənin bu nöqsanlarını müəyyən qədər eksperi-
ment aradan qaldırır.
Eksperiment dedikdə obyekti elmi dərk etmək və onun obyektiv 
qanunauyğunluqlarını aşkar etmək məqsədilə aparılan fəaliyyət növü başa 
düşülür. Eksperiment zamanı öyrənilən obyektə xüsusi vasitələr və 
cihazların köməyi ilə tə‟sir göstərilir. Belə tə‟sir nəticəsində əvvəla, tədqiq 
olunan obyekti yardımçı, ikinci dərəcəli hadisələrdən təmizləyərək xalis 
şəkildə götürmək mümkün olur. Digər tərəfdən, obyektdə gedən prosesləri 
nəzarətdə saxlamaq və hesablamaqla, onlar təkrar etdirilə bilir. Nəhayət, 
axtarılan nəticəni əldə etmək məqsədilə obyekt planlı surətdə dəyişdirilir, 
müxtəlif manevrlər edilir, bir neçə şərait əlaqələndirilir.
1
Eksperimentlər müxtəlif növlərə ayrılır. Onlardan yerinə yetirilmə 
üsullarına görə bilavasitə və model eksperimentlərini, baş vermə məkanına 
görə sahə (çöl) və laboratoriya eksperimentlərini, xarakterinə görə axtarış 
və yoxlayıcı eksperimentləri, ölçmə eksperimentlərini (obyektlərin 
tərəfləri və xassələrini müqayisə və dəqiq aşkar etmək üçün) göstərmək 
olar. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   347   348   349   350   351   352   353   354   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin